Amerikan ətraf mühitin qorunması üzrə EPA agentliyi Jeep Wrangler Rubicon 392 modelinin rəsmi qənaətcillik reytinqinə əlavə edib. Səkkizsilindrli mühərriklə təchiz edilmiş Wrangler ofrouderi Lamborghini Huracan və McLaren 720S superkarlarından daha çox yanacaq işlətdiyi ortaya çıxıb. Wrangler Rubicon 392 modeli qarışıq dövrdə yanacaq istehlakına görə reytinqin autsayderləri arasındadır.
Jeep Wrangler Rubicon 392 modelinin təqdimatından sonra, heç kim 6,2-litrlik V8 mühərrikinə, ramaya və “palçıq” şinlərinə sahib olan brutal görkəmli ofrouderdən qənaətcilik rekordu gözləmirdi.
Rəsmi EPA reytinqi ekoloqların narahatlığını təsdiqləyib: ofrouder 100 kilometrə 14 qallon işlədir ki, bu da ortalama 16,8 litr yanacaq sərfiyyatına bərabərdir. Mercedes-AMG G 63 modeli Jeep ilə müqayisə edilən göstəriciyə malikdir, lakin trassada daha qənaətcildir.
Daha güclü mühərriklərə baxmayaraq, superkarlar daha az yanacaq sərf edirlər: turbomühərrikli McLaren 720S Spider 100 kilometrə 13 litr, V10 atmosfer mühərriki olan Lamborghini Huracan EVO - 100 kilometrə 15,7 litr işlədir. Yalnız 712 at qüvvəli RAM TRX superpikapı (19,6 litr/100 km) və ya Lamborghini Aventador S Roadster (23,5 litr/100 km) kimi “canavarlar” qənaətcillik baxımından Wrangler Rubicon 392 modelindən daha “iştahlıdırlar”.