Mövcud WK2 seriyasından olan Jeep Grand Cherokee modeli artıq 11 ildir ki, konveyer həyatı yaşayır. Lakin bu modelin karyerasının sonu demək deyil: cari modelin istehsal təxminən bir il də davam edəcəkdir. Ona görə də, bu gün təqdim olunan yeni WL seriyasından olan Jeep Grand Cherokee L modeli, cari Grand Cherokee ofrouderinin birbaşa əvəz deyil, model sırasına əlavədir.
Yenilənmiş ofrouderin adındakı L prefiksi, üçüncü oturacaq cərgəsinə malik olan uzadılmış modelə işarə edir. Grand Cherokee modeli ilk dəfədir ki, belə bir versiyaya sahib olur. İş ondadır ki, ABŞ bazarında bu sinif satılan krossover və ofrouderlərin 70 faizindən çoxu məhz üç cərgəli modellərin payına düşür. Jeep şirkətində bu piroqdan bir parça qoparmaq qərarına gəliblər və ilk növbədə “ailə” formatında olan beşinci nəsil Grand Cherokee modelini təqdim edib. Bir ildən sonra, WL ailəsindən olan iki cərgəli qısa modifikasiya da təqdim edilməlidir.
Yeri gəlmişkən, Jeep şirkətinin üç sıra formatındakı əvvəlki təcrübəsi o qədər də uğurlu olmayıb. 2005-ci ildə debüt edən Jeep Commander modelinə olan maraq qısa zamanda azaldı və 2010-cu ildə onun istehsalı dayandırıldı. Bu modelin əsas çatışmazlıqlar ucuz tərtibat materialları, o qədər də asan olmayan transformasiya sistemi və nominal üçüncü sıra idi. Amerikan istehsalçısının mühəndislər bu səhvləri Grand Cherokee L modelində təkrarlamamağa çalışıblar.
Gözlənildiyi kimi, yeni nəsildə Grand Cherokee alman kökləri, yəni W164 seriyasından olan Mercedes-Benz ML modelinin platforması ilə vidalaşıb. Yeni model, müasir Alfa Romeo Giulia və Stelvio modellərinin inşa edildiyi Giorgio platformasına əsaslanır. Bu platformanın tətbiqi, ilk növbədə, alüminium və yüksək dayanıqlı poladdan, yeni elektronikadan və təhlükəsizlik sistemlərindən geniş istifadəni təmin edib. Ancaq bütün texnikanı yeni Grand Cherokee sələfindən miras olaraq alıb. Əlbəttə, lazımi dəyişikliklərlə.
Yenilənmiş ofrouder tam ötürmə sistemləri dəstini qoruyub-saxlayıb. Baza sistemi sayılan Quadratrac I, ön oxdakı muftaya malikdir, Quadratrac II sistemi isə demultiplikatorla tamamlanır. Ən bahalı Quadra-Drive II sistemi arxa differensialın kilidlənməsinə sahibdir. ABŞ bazarında əvvəlki kimi arxa ötürməli ən sadə versiyalar da təklif olunur. Opsional Quadra-Lift pnevmosaqısı standart vəziyyətdə 216 millimetrlik (əvvəlki 211 millimetrin əvəzinə) klirensi təmin edir. Bununla belə, dayanacaqda avtomobilin klirensi 170 millimetrə qədər endirilə, yolsuzluqda isə, 277 millimetrə qədər artırıla bilər.
Mühərriklər də eynidir - ofrouder əvvəlki kimi klassik amerikan atmosfer mühərrikləri ilə təklif edilir. Satışların başlanğıcında, Grand Cherokee L modeli standart olaraq 294 at qüvvəsi və 348 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 mühərriki təklif ediləcəkdir. Daha güclü mühərrik arzulayanlar, əlavə ödəniş qarşılığında, 362 at qüvvəsi və 529 Nm fırlanma