Bu gün Jeep şirkəti Maraqlı bir tizer dərc edib. Tizerdə Amerikanın məşhur kanyonu olan Qrand Kanyonu təsvir edilib və şirkət bunu adında Grand olan naməlum model ilə əlaqəndirir. Bu avtomobil ya yeni Grand Cherokee və yaxud yeni Grand Wagoneer ofrouderi ola bilər.
Bəs hansı modeldən söhbət gedir? Zənnimizcə, bu avtomobil uzun müddətdir ki model xəttinə qaytarılacağı barədə şayiələr gəzən Jeep Grand Wagoneer modeli ola bilər. Üstəlik, bir neçə il bundan öncə Wagoneer modeli digər yeni modellər ilə birlikdə Jeep şirkətinin model xəttində qeydə alınmışdır.
Bir müddət bundan öncə açıqlanmış planına əsasən, hər iki Wagoneer modelinin - yəni adi və Grand indeksli modelin yığılmasına gələn ilin ikinci rübündə başlanmalıdır. Xatırladaq ki, bundan öncə Jeep şirkəti üç oturacaq cərgəsinə malik olan naməlum ofrouderi ilə istehsal etməyə başlayacağı bildirililmişdir. Jeep Grand Cherokee modelinin yeni nəslinin bu ilin üçüncü rübündə istehsala gedəcəyi bildirilir.
Jeep Grand Wagoneer modelinin markanın flaqman modeli olacağı gözlənilir. Bu model RAM 1500 modelinin platformasında inşa ediləcəyi, 8-pilləli avtomatik transmissiya və tam ötürmə sistemi ilə təchiz olunacağı bildirilir. Avtomobil salon tərtibatında bahalı tərtibat materiallarından istifadə olunacaqdır. Bundan başqa, modelin təchizatına 12-düymlük ekranı olan multimedia sistemi daxil olacaqdır. Jeep Grand Wagoneer modeli Range Rover və ya Mercedes-Benz GLS kimi nüfuzlu "avropalılara" rəqib olmalıdır.