Chery şirkətinə məxsus olan Çin brendi üçcərgəli salona malik olan plagin hibridi - Shanhai L9 modelinin rəsmi şəkillərini dərc edib. Şəkillərdəki avtomobil kamuflyaj örtüyünə malikdir, lakin təsvirlər kifayət qədər informativdirlər: kamuflyajda “ömürlük zəmanət” və “çatdırılmanı gözləmədən al” kimi “həvəsləndirici” ifadələri yazılıb.

Shanhai L9 modeli 2023-cü ildən Çində satışdadır və X90 Plus/Soueast S09 kimi tanınan modelin benzin-elektrik versiyasıdır. Vətənində hibrid 166,9-188,9 min yuana (38,8 – 43.9 min manat) başa gəlir, lakin onun satışları elə da yaxşı getmir - keçən ildə çinlilər 13 mindən az Shanhai L9 alıblar.

İndi isə, yeni Shanhai L9 modeli hazırdır və o, sələfindən nəinki daha böyükdür (uzunluğun artımı demək olar ki, beş santimetrdir), həm də ön hissəsinin yeni dizaynı sayəsində daha müasir görünür. Kamuflyajdakı açıqlamalardan göründüyü kimi, krossover masaj funksiyası olan artırılmış rahatlıqlı oturacaqları və ikinci sıradakı “kapitan” oturacaqlarını alıb.

Shanhai L9 krossoveri 1,5-litrlik SQRH4J15 turbomühərriki və ümumi gücü 271 at qüvvəsi olan iki elektrik mühərrikini özündə birləşdirən aqreqatla təchiz edilib - aqreqatların ümumi gücü 421 at qüvvəsidir. 

Top versiyalardakı batareyanın tutumu 19,43 kilovat/saatdır. Hələlik yeni L9 haqqında yeganə məlum olan - 10 dəqiqəlik şarjın əlavə 200 kilometrlik məsafəni təmin etdiyidir.

Shanhai Jetour şirkətinin öz loqotipi olan subbrendi kimi mövqeləndirilir - modellərin elektrikləşdirilmiş versiyaları bu ad altında satılır. L9 modelindən başqa, Shanhai brendinin model xəttinə daha dörd avtomobil daxildir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.