Kia Cadenza modeli Azərbaycan bazarında kifayət qədər tanınmış avtomobildir.Cənibi Koreyada Kia K7 adlanan model K5 sedanı ilə K900 flaqmanının arasındakı boşluğu doldurur. K7 modelin dörd və altı silindrli mühərriklər ilə təklif edilir və ön ötürməli platformaya əsaslanır.
2009-cu ildən bu günə qədər Kia şirkəti 500 mindən çox Cadenza/K7 sedanını satıb. Sedanın bu gün də satılan ikinci nəsli 2016-cı ildə debüt edib. Bununla birlikdə, ikinci nəsil Cadenza modelinin sayılı günləri qalıb: artıq Cənubi Koreyada onu əvəzləyəcək yeni Kia K8 modeli aşkarlanıb.
Şirkət, K8 modelini koreya markasının transformasiyasının carçısı adlandırır: yeni S planı elektormobillər çeşidinin genişləndirilməsini və mobillik xidmətlərinin təqdim olunmasını nəzərdə tutur. Ancaq Kia K8 sedanın bununla heç bir əlaqəsi yoxdur. Əslində, Kia K8 modeli yeni firma loqotipini alan ilk model olub. Alüminiumdan hazırlanmış və ön tərəfdə yerləşdirilmiş yeni loqotip əvvəlkindən xeyli böyükdür.
Təəssüf ki, Kia K8 modeli haqqında verilən məlumat çox azdır: avtomobilin yalnız üç şəkil dərc edilib və kiçik məlumat təqdim olunub. Sedan ön ötürməli platformasını qoruyub, lakin daha da uzun olub: 5015 millimetr (+ 20 millimetr). Avtomobilin kapotu uzadılıb, kuzov çıxışları bir qədər qısalıb və güzgülər isə dayaqlar üzərində quraşdırılıb. Gündüz hərəkət işıqları və dönmə siqnalları radiator barmaqlığının yan hissələrində "mozaika" blokları şəklində gizlədilib.
Avtomobil haqqında məlum olanlar bunlardır. Yeni Kia K8 sedanının kütləvi təqdimat mərasimi yazda keçirilməlidir.