Kia şirkəti dizayn sahəsindəki tədqiqatlarına davam edir. Koreya istehsalçısı Nyu York avtosalonunda yeni Habaniro konseptini təqdim etməyə hazırlaşır. Konseptin adı onun Niro ailəsi ilə bağlılığının olduğundan xəbər verir. Xatırladaq ki, Kia Niro adi və qoşulan hibrid, həmçinin tam elektrik güc qurğusu ilə təklif edilir.
Qərb jurnalistlərinin bildirdiyinə görə, konseptin zahiri görkəmi Nyu-York avtosalonu üçün göndərilən məlumatda açıqlanıb. Bununla belə, Habaniro barədə heç bir məlumat verilməyib. Ən maraqlısı odur ki, konsept Kia şirkətinin firma cizgisindən məhrumdur. Söhbət əlbəttə ki, “pələng burnundan” gedir.
Lakin, digər cəhətlər istənilən qədərdir. Onların arasında bamperdəki müdafiə əlavəsi, kuzovun eni boyu uzanan gündüz hərəkət işıqlarının diod zolağı, yan tərəfin qanadlarından keçən Z-formalı dekor elementi, arxa dayaqların seçilən rəngi, şüşə tavan, ənənəvi yan güzgülərin yoxluğu və yığışdırılan qapı dəstəkləri.