Böyük Britaniyada yerləşən Kahn Design atelyesi altıtəkərli Land Rover Defender modelini inşa etmək niyyətindədir. Ekstremal ofroder qatlanan yumşaq tavanla təchiz edilən arxa hissəyə malik olacaqdır.
İkioxlu Mercedes-Maybach G 650 Landaulet modelinin üslubunda kuzova malik olan ofroder məhdud sayda tirajla buraxılacaqdır.
Bununla belə, Kahn Design atelyesi yeni model haqqında geniş məlumat verməyib. Atelye renderi dərc edərək, yeni avtomobilin Flying Huntsman ailəsinin yeni üsvü olacağını bildirib. Xatırladaq ki, bu ailənin tərkibinə, iki il bundan öncə Defender modelinin bazasında buraxılmış üçoxlu pikap da daxildir.
Yəqin ki, yeni “lando” məhz bu modelin bazasında inşa ediləcəkdir. Yeni modelin 500 at qüvvəsi hasil edən 6,2-litrlik səkkiz silindrli mühərriklə təchiz ediləcəyi güman edilir. Yeni aerodinamik dəst sayəsində avtomobilin eni 15 santimetr artacaq, onun asqısı isə ciddi şəkildə təkmilləşdiriləcəkdir.
Yeni modelin gələn ilin martında keçiriləcək Cenevrə avtosalonunda nümayiş etdiriləcəyi gözlənilir.