Kaliforniya ştatının dövlət oqranlarına öz ehtiyacları üçün General Motors və Fiat Chrysler konsernlərinin, həmçinin Toyota, Nissan və başqa brendlərin avtomobillərinin alınması qadağan edilib. Qadağan tətbiq olunmayan brendlər arasında Honda, Ford, BMW və Volkswagen vardır.

Belə radikal addımın atılmasına səbəb, Kalifoniyanın dövlət orqanlarının statın ərazisində zərərli tullantıların səviyyəsini Ağ Evdən asılı olmayaraq tənzimləmək hüququnun olmasıdır. Bir müddət bundan əvvəl, ABŞ prezidenti Donald Trampın administrasiyası Kaliforniyanı bu imtiyazdan məhrum etməyə cəhd göstərib və avtomobilləri qadağan edilmiş istehsalçılar da administrasiyanı dəstəkləyiblər. 

Reuters agentliyinin bildirdiyinıə görə, qadağan yanvar ayının birindən qüvvəyə minəcəkdir. Ştat hakimiyyəti, Kaliforniyanın ümumiamerikan standartlardan daha sərt emissiya normalarını təyin etmək hüququnu tanıyan istehsalçılardan avtomobil alacaqdır. Bu şirkətlər siyahısına Ford, Honda, BMW və Volkswagen daxil edilib. İyul ayında bu markalar ştat ilə yüksək emissiya normalarına əməl edəcəkləri barədə razılaşmaya gəliblər.

Kaliforniyanın tullantılar barədə tələbini daha 13 ştat dəstəkləyib – onlar da öz ərazilərində avtoistehsalçılar üçün bənzər qaydaları qəbul ediblər. Qeyri-ekoloji avtomobillərlə yanaşı, Kaliforniyanın dövlət orqanlarına DYM ilə təchiz edilmiş avtomobillərin alınmasını da qadağan ediblər. Yeganə istisna - təhlükəsizlik sahəsində istifadə edilən avtomobillərdir.

Ştatın rəhbərliyi artıq uzun müddətdir ki elektromobillərin aktiv təbliğatını aparır. Keçən il DYM malik olan avtomobillərin tam qadağan olunması haqqında qanun layihəsi təqdim edilib. Sənədin müəllifi ştatda 0 tullantı səviyyəsi olmayan avtomobilləri qeydiyyata almamağı təklif edib. Əgər qanun layihəsi qəbul edilərsə, o, 2040-cı ildə qüvvəyə minəcəkdir.