Kaliforniya hakimiyyəti ənənəvi avtomobil nömrələrinin əvəzinə bamperə stikerlərinin vurulmasına icazə verib. 2013-cü ildən hazırlanan qeyri-adi layihənin əsas məqsədi, avtomobil sahiblərinə nəqliyyat vasitəsinin ön hissəsinin xarici görünüşünü korlamayan dizayner nömrələrindən istifadə etməyə imkan verəcəkdir. Yeni həll idman avtomobilləri və elektromobil sahiblərinin xoşuna gəlməlidir.
ABŞ-da alternativ nömrə nişanları üzərində çalışmalar 2013-cü ildən aparılır. 2015-ci ildə, ölkədə 28 polis avtomobilinin ön nömrə nişanlarının stikerlərlə əvəzlənməsi üzrə eksperimentə start verilib.
Hazırda ştatın hakimiyyəti bu proqramda şəxsi avtomobil sahiblərinin iştirakına da razılıq verib. Hər kəs dövlət tərəfindən akkreditə olunmuş şirkətlə əlaqə saxlayaraq, dövlət nömrə nişanını stikerlə əvəz edə bilər. Səkkiz variantında təklif edilən stikerin qiyməti 85 dollardır.
Eksperimentin 2023-cü ilə qədər davam edəcəyi bildirilib. Təşəbbüs müəlliflərinin fikrincə, yeni imkan artıq bir neçə min amerikalının marağına səbəb olub. Əksər hallarda ənənəvi nömrələri stikerlərlə əvəz etmək istəyirlər elektromobil və sportkarların sahibləridir. Onlar üçün nəqliyyat vasitələrinin gözəl görünüşünü və aerodinamikasını qorumaq vacibdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.