“İpək yolu” ralli-reydinin başlanmasından öncə “KAMAZ-Master” komandası yarış yük avtomobilinin sınaqlarını keçirmişdir. Ralli 7 iyul tarixində Qızıl meydandan start götürəcəkdir. Kirovsk ətrafında aparılmış testlər zamanı çəkilmiş videoçarxda, 10 ton çəkisi olan yük avtomobilinin 37 metrlik məsafəyə tullanması təsvir edilmişdir.
“İpək yolu” ralli-reydi 7-22 iyul tarixlərində Rusiya, Qazaxstan və Çinin ərazısındə keçiriləcəkdir.
Yarış 14 mərhələdən və 17 xüsusi hissədən ibarətdir. Reydin ümumi məsafəsi 9,6 min kilometr təşkil edir. Yarışda Peugeot prototiplərində çıxış edən Stefan Peteransel, Sebastyen Loeb və Siril Depre, Toyota avtomobillərində yarışacaq Nasser Al-Attiya, Jiniel de Vilyers və Leroy Poulter iştirak edəcəkdirlər.
Bundan başqa, MINI avtomobillərində çıxış edən X-Raid komandasının, Tatra, Scania, Renault, İveco və MAZ yük avtomobillərinin iştirakı da təsdiq edilmişdir.
Red Bull şirkətinin YouTube kanalındakı videoçarxda çəkilmiş avtomobilin sükanı arxasında “Dakar-2017” ralli-reydinin qalibi Eduard Nikolayev əyləşmişdir. Yarış yük avtomobili 1000 at qüvvəsi olan 16,2-litrlik səkkiz silindrli mühərrik ilə təchiz edilmişdir. Tullanış öncəsi Nikolayev avtomobili 140 km/saat həddinə qədər sürətləndirmişdir. Avtomobil yerdən 2 metr hündürlüyə qalmışdır.
Tullanış zamanı sürücü 12g gücündə yüklənməyə məruz qalmışdır.