Şənbə günü keçirilən Kanada Qran Prisinin sıralama turlarında pouldan yarışı başlamaq hüququnu Mercedes komandasının britaniylı pilotu Lyuis Həmilton əldə etmişdir. Bu Həmiltonun Formula 1 karyerasında əldə etdiyi 65-ci pouldur.

Bu o deməkdir ki, əldə edilmiş poulların sayına görə britaniyalı pilot əfsanəvi Ayrton Senna ilə bərabərləşmişdir. F1 həvəskrlarının bildiyi kimi, Senna Lyuisin kumiridir və Həmilton üçün bu poul xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Sennanın ailəsi Lyuisin bu nailiyyətini qeyd etmək üçün ona xüsusi sürpriz də hazırlamışdırlar - bu Ayrtonun dəbliqələrindən biridir.

Sıralamalardan sonra hədiyyə olaraq bu dəbliqəni alan Həmiltonun hansı hissləri keçirdiyini anlamaq çətin deyildir.

Beləliklə, gəlin haisələrin necə cərəyan etdiyinə nəzər salaq. Hər kəs ikinci və üçüncü sərbəst yürüşlərdə yüksək sürət nümayiş etdirən Ferrari pilotlarının poula sahib olacaqlarını düşünərkən, Mercedes komandası yenı də «sehirli» düyməsini işə salmağa müvəffəq olmuşdur. Bir çoxları alman komandasının sırf təsnifat mərhələsi üçün mühərrikin gücünü qısa müddətə artırması haqqında danışır. Ola bilsin ki, bu sözlərdə həqiqət də vardır. Lakin, istənilən halda Lyuisin final seqmentindəki sonuncu cəhdi həqiqətən də möhtəşəm alınmışdı. 

Hətta, son seqmentdəki ilk cəhdindən sonra Lyuislə Sebastyanın göstərdiklər zamanlar arasındakı 0,004 saniyəlik zaman ikinci cəhddə Fettelin asanlıqla təslim olmayacağından xəbər verirdi. Həqiqətən də, ikinci cəhdində Fettel möhtəşəm pilotaj nümayiş etdirsə də istənilən halda Lyuisin göstərdiyi inanılmaz 1.11,459 saniyəlik zamanı aşa bilmədi.

Lyuis, eyni zamanda, uzun müddətir ki Ralf Şumaxerə məxsus olan Kanada trekinin rekordunu da yeniləmiş oldu. 

Bununla belə, Kanadadakı poul hələ də qələbəni təmin etmir. Süni adada yerləşən bu trek pilotlara ötmələri etməyə imkan verən treklərdən biridir və sabah ötmələrin olacağından əmin ola bilrəsiniz. İstənilən halda bizi sabah maraqlı yarış gözləyir. Buna «çempionlar divarının» mövcudluğu və Monrealdakı trekin əyləclərə olan yüksək tələbi zəmanət verir. Üstəlik pilotların da buraxacağı səhvlər istisna deyil - bu günki sıralama turlarında Verlyaynın qəzası, Kvyat, Rəykkonen və Vandornun baryerlərlə təması buna əyani sübutdur.

Belliklə, sabah ilk cərgədən çempionluq titulu uğrunda mübaizə aparan Həmilton və Fettel yarışa başlayacaqlar. İkinci cərgədən onların komanda yoldaşları Bottas və Rəykkonen başlayacaqlar.  Üçüncü cərgədən isə, Red Bull Racing pilotları Ferstappen və Rikkardo start götürəcəklər. Dördüncü cərgə Massa və Peresin, beşinci isə Okon və Hülkenberqindir.  

Bu gün axşam keçiriləck yarışı qaçırmamanızı tövsiyyə edərdim. Zənnimcə Fettel və Rəykkonen Həmiltonun həyatını çətinləşdirmək üçün əllərindən gələni edəcəkdirlər. Üstəlik də, hər iki top komandaların strateqləri arasında olan taktiki savaşı da izləmək həyəcanverici olacaqdır. Strateqlərin qəbul etdiyi qərarların yarışın taleyini necə dəyişdiyinin dəfələrlə şahidi olmuşuq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt