Monreal şəhərində baş tutacaq Kanada Qran Prisinə artıq sayılı günlər qalıb. Bununla əlaqədar, Beynəlxalq İdman Federasiyası (FİA) Qran Pri öncəsi mətbuat konfrasının rəsmi cədvəlini təqdim edib. Cümə axşamı baş tutacaq mətbuat konfransında Kimi Raikkonen (Alfa Romeo), Lando Norris (Mclaren), Luis Həmilton (Mercedes), Lens Stroll (Racing Point) və Daniel Kvyat (Toro Rosso) jurnalistlərin suallarını cavablandıracaq.
Növbəti gün isə beş komanda rəhbəri - Günter Ştrayner (Haas), Toto Volf (Mercedes), Mario İzola (Pirelli), Franz Tost (Toro Rosso) və Toyoharu Tanabe (Honda) mətbuat nümayəndələri ilə görüşəcək.
Şənbə və bazar günü üçün nəzərdə tutulan mətbuat konfransı isə yekun nəticələrdə ilk üçlükdə qərarlaşan pilotlara həsr olunacaq.