Karma şirkəti Şanxayda keçiriləcək avtosalonda təqdim edəcəyi yenilənmiş Revero modelinin növbəti tizerini dərc edib. Tizerdən də göründüyü kimi, Karma Revero modelinin yeni nəsli sələfindən elə də ciddi fərqlənməyəcəkdir. Tizerdə avtomobilin yeni formal ön LED fənərlər sahib olduğu görünür.
Bununla belə, istehsalçı yeni Revero modelinin BMW şirkətinin istehsalı olan üçsilindrli turbomühərrik ilə təchiz ediləcəyini bildirib. Yəqin ki, ariflər bu mühərrikin BMW i8 modelinin kapotunun altında olan 1,5-litrlik mühərrikin olduğunu anlayılar.
Cari Karma Revero modeli iki sinxron elektromotor ilə təchiz edilir. Elektromotorların ümumi hasilatı 409 at qüvvəsi və 1330 Nm fırlanma anı təşkil edir. Bundan başqa, «gedişi uzadan» 238 at qüvvəli 2,0-litrlik turbomotor da mövcuddur. Bu mühərrik 20,8 kilovat-saatlıq batareyanı qidalandırır. DYM-ni işə salmadan sedan 80 kilometr qət edə bilər. Onun ümumi yürüş ehtiyatı 483 kilometrdir. Yerindən 60 mil/saat həddinə Revero 5,4 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti elektronika tərəfindən 200 km/saat həddində məhdudlaşdırılıb.