Amerika Patent Bürosunun (USPTO) açıq məlumatlar bazasında, Karma Automotive markasının gələcək modeli - silueti və detalları ilə eyni zamanda Porsche Cayenne Coupe və Aston Martin DBX modellərinə bənzəyən elektrik kupeşəkilli krossoverinin şəkilləri aşkar edilib. Yeni model Ford Mustang Mach-E və gələcək Fisker Ocean krossoverləri ilə rəqabət aparmalıdır.

Kaliforniyada yerləşəm Karma Automotive şirkəti patenti qeydə almaq üçün 2019-cu ilin yazında büroya  müraciət edib. Göründüyü kimi, amerikan markası artıq Ford Mustang Mach-E modelinin təmsil olunduğu məşhur elektrik krossoverlər seqmentinə daxil olmaq niyyətindədir. İlkin məlumatlara görə, yeni model Karma xəttinin flaqmanı ola bilər. Krossoverin qiymətinin təxminən 100 min dollar olacağı söylənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni modelin dizaynına gəldikdə isə, krossover, Porsche Cayenne Coupe və Aston Martin DBX modelləri ilə bənzər nisbətlərə, siluetə, arxa işıq texnikasının tərtibatına və hətta ön qanadlardakı havalandırma kəsiyinə malikdir.

2021-ci il ərzində Karma markası, 80.000 dollara satılacaq hibrid və elektrokarın daxil olduğu GS Series sedanlar ailəsini təqdim edəcəyini bildirib. Daha sonra, avtomobil istehsalçısı öz model xəttini iki miniven, kupe, kabriolet, universal və pikap ilə genişləndirmək niyyətindədir.

Karma Revero GT

Karma hazırda yalnız yeganə Revero hibrid sedanını istehsal edir və satır. Sedan ümumi gücü 409 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz edilir. Sırf elektrik enerjisi ilə sedan 80 kilometr qət edir və 483 kilometrlik ümumi yürüş ehtiyatına malikdir.