2019-cu ildə Ferrari şirkəti qlobal bazarda satılan hər avtomobildən 86 min avrodan çox qazanc əldə edib.
Keçən il bütün dünyada yeni avtomobillərin satışları tədricən azalmağa başlayıb, amma 2019-cu ili çətin ki, pis il adlandırmaq olar. Məsələn, Fiat Group Worldnəşrinin son hesabatına görə, Ferrari şirkəti keçən il dünya üzrə 10.131 superkar sataraq, hər bir avtomobildən 86 min avro qazanıb. Beləliklə, hər bir avtomobilin qiymətindəki xalis mənfəətin payı orta hesabla 23,2% təşkil edib. Hesabatda, belə heyranedici nəticənin əldə edilməsinin əsas səbəblərinin yeni texnologiyaların tətbiqi, bazar dəyişikliklərinə çevik uyğunlaşma və bacarıqlı marketinq siyasəti olduğu göstərilir.
Bununla belə, 2018-ci ildə şirkətin qazancı bir qədər çox olub - həmin il, Ferrari hər avtomobildən 86.369 avro qazanıb. Digər avtomobil istehsalçıları yalnız bu cür qazancı yalnız xəyal edə bilərlər - məsələn, Ferrari superkarı ilə eyni qazancı əldə etmək üçün BMW şirkəti 30, VW - 56, Mercedes-Benz - 67, Ford - 908, Nissan isə, 928 yeni avtomobil satmalıdır. İtalyanlar üçün ən uğurlu bazarlar Avropa, Yaxın Şərq və Afrika olublar. ABŞ-da isə, satışlar düşüb. 2020-ci ilin isə, avtomobil sektoru üçün heç də yaxşı nəticələnəcəyi gözlənilmir.