Nürburqrinqin ən yeyin krossoveri olan Skoda Kodiaq RS nüfuzlu tünerlərin diqqətini cəlb edə bilməyib. Eyni vəziyyət Octavia RS modeli üçün də keçərlidir. Lakin, Volkswagen qrupunun məhsulunu təkmilləşdirlən ABT Sportsline atelyesi bu modeli təkmilləşdirmək qərarına gəlib.
Kemptendə yerləşən atelyenin mütəxəssisləri ilk növbətə 2,0-litrlik biturbodizelin üzərində çalışıblar. ABT mühəndislərinin müdaxiləsindən sonra mühərrikin gücü 240-dan 270 at qüvvəsinə, fırlanma anı isə 500-dən 540 Nm qədər artırılıb. Təkmilləşdirilmiş Skoda Kodiaq RS modeli 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənir ki, bu da standart modeldə olduğundan 0,2 saniyə yeyindir. Bununla belə, ABT avtomobilin maksimal sürət həddini açıqlamayıb. Adi Kodiaq RS krossoveri 220 km/saata qədər sürətlənir.
Güclü mühərrik və 20-düymlük təkər diskləri ilə yanaşı krossover yenidən tənzimlənmiş asqıya, həmçinin yeni ön və arxa bamperdən ibarət olan aerodinamik kuzov dəstinə sahib olub.
Skoda Kodiaq RS Nürbuqrinqin rekordsmenidir. Sabina Şmitsin idarə etdiyi krossover «Şimal ilgəyini» 9 dəqiqə 29,84 saniyəyə qət edərək, bu trekin ən yeyin 7-yerli krossoveri olub.