Ken Blok məşhur “99 döngə yolunda” çəkilmiş “Klaymbxananın” tam videosunu dərc edib. Çinin Tyanmen dağında yerləşən bu yol “Göylərə uzanan yol” kimi də tanınır.
Tras mürəkkəb və çətin döngələri olan dağ serpantinidir. Bu serpantinin zirvəsində 131,5 metr hündürlüyü olan “Səma qapıları” yerləşir. Bu qapıya çıxmaq üçün 999 pilləkəni qət etmək gərəkdir. Ken Blok da, bu trası Ford GT superkarından götürülmüş və 927 at qüvvəsinə malik olan 3,5-litrlik mühərrik və 6-lilləli Sadev sekvental ötürmələr qutusu ilə təchiz edilmiş pikapla qət edib.