Məşhur amerikalı pilot Ken Blok, Beynəlxalq avtomobil federasiyası (FİA) tərəfində təşkil edilən ralli-kross çempionatında komanda yoldaşı Andreas Bakkerudla birlikdə çıxış edəcəyi avtomobillərin rənglərini nümayiş etdirmişdir. Avtomobillərin boyanma formasını, avanqard işləri ilə tanınmış olan ispan qraffiti rəssamı Felipe Pantone hazırlamışdır. Blok və Bakkerud Britaniyanın M-Sport komandası tərəfindən hazırlanmış və 600 at qüvvəsinə malik olan Ford Focus RS avtomobillərində çıxış edəcəklər.
Hetçbeklər 45 millimetrlik restriktorları, Cosworth tərəfindən hazırlanmış proqram təminatı, yarış interkulerləri və radiatorları olan 2,0-litrlik mühərrik, tənzimlənən ön və arxa diffirensialı, tənzimlənən amortizatorlarla, Brembo əyləc mexanizmləri və Sadev sekvental sürətlər qutusu ilə təchiz edilirlər. 100 km/saat sürətini belə avtomobillər iki saniyəyə toplamaq iqtidarındadırlar.
Avtomobillərə xidməti Ken Blokun sahibi olduğu Hoonigan Racing Division komandası həyata keçirəcəkdir. Ford şirkətinin dəstəyini alan pilotlar mövsümün bütün yarışlarında iştirak etməyi planlaşdırırlar. Ralli-kross üzrə dünya çempionatıın bu ilki mövsümü 15 aprel tarixində Portuqaliyada start götürəcəkdir.
Çempionat 12 mərhələdən ibarətdir ki, onun sonuncu yarışı da noyabr ayında Argentinada keçiriləcəkdir. Keçən ilki çempionatın qalibi, Citroen DS3 avtomobilində çıxış edən SDRX komandasının pilotu Peter Solberq olmuşdu. Bu onun ralli-kross yarışlarında əldə etdiyi ikinci tituldur.