İnternet şəbəkəsində "Top Gear" şousunun yeni mövsümünün treyleri peyda olub. Dərc edilmiş videoda təqib səhnəsi də vardır.
Çarxda cinayətkarların rollarını Mətt Leblan, Kris Harris və Rori Rid, onları qovlayan polis nəfərini isə məşhur pilot və kaskadyor Ken Blok ifa edir. Təqibdə Ford Mustang GT, Jaguar F-Type və McLaren 570S avtomobilləri iştirak edirlər. Ken Blok isə cinayətkarları baggidə təqib edir. Teleşounun 25-ci mövsümünün premyerası gələn ilin yazında baş tutacaqdır.
Yeni aparıcıları olan Top Gear teleşousunun ilk verlişi 2016-cı ilin may ayında efirə gedib. The Grand Tour verlişinin aparıcıları olan Klarkson, Hammond və Meyin əvəzinə şounu Kris Evans, Mətt Leblan, Kris Harris, Rori Rid, avtoyarışçı Sabina Şmits və Jordan GP komandasının keçmiş sahibi Eddi Cordan hazırlayır. Proqramın aparıcıları ilə Leblan, Harris və Riddir.