Villa d'Estedə keçirilən Zəriflik Müsabiqəsinin tarixində ilk dəfə olaraq, “Konseptlər və Prototiplər” kateqoriyasında yapon kuzov atelyesinin işi təqdim olunub. Kode61 Birdcage barkettası əfsanəvi Maserati Tipo 60/Tipo 61 modelinə ithafdır. Avtomobil Pininfarina atelyesinin keçmiş dizayneri Ken Okuyamaya məxsus olan Ken Okuyama Cars şirkəti tərəfindən inşa edilib və qeyri-rəsmi məlumatlara görə, Ferrari 550 Maranello modelinə əsaslanır.

Tamamilə orijinal kuzov spidsterə yüngüllük verir, ön panelin və mərkəzi tunelin çərçivəsini təşkil edən nazik polad borular isə, "quş qəfəsi" ləqəbli Maserati yarış avtomobillərinin məkanvari çərçivəsinə işarədir. Texniki detallar açıqlanmayıb. Yeganə məlum olan barkettanın kiçik seriya ilə buraxılacağıdır. Avctomobilin yığılmasını Yaponiyanın Yamaqata şəhərindəki zavodda təşkil edəcəklər.

Villa d'Estədə keçirilən müsabiqədə yapon spidsterini müvafiq kampaniya təqib edib. Eyni kateqoriyada uzunquyruqlu Pagani Huayra Codalunga superkarı, Hyundai N Vision 74 kupesi, Bugatti W16 Mistral rodsteri və Hongqi S9 kimi tanınan Silk S9 hiperkarı təqdim olunur. Çinlilər bu modelin istehsalına İtaliyanın "Motorlar Vadisində” başlamaq istəyirdilər, lakin işlər səs-küylü bəyanatlardan o yana keçməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kode61 spidsterinin Okuyamanın yaratdığı və adıında Birdcage sözü olan ikinci avtomobili olduğunu söyləmək gərəkdir. Birinci avtomobil Maserati Birdcage 75th prototipi olub. Maserati MC12 GT1 yarış avtomobilinin şassisinə əsaslanan avtomobil, Pininfarina atelyesinin 75 illik yubileyi şərəfinə inşa olunmuşdu. 6,0-litrlik V12 mühərrikinin gücü 710 at qüvvəsinə qədər artırılmış, lakin avtomobilin texniki hissəsi futuristik dizaynın kölgəsində qalmışdı.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.