İstanbulda keçirilən Aerokosmik texnologiyaları festivalında qeyri-adi yarış keçirilib. Bu yarışda Electric GT seriyasında çıxış edən Tesla Model S elektrokarı, iki təyyarə, superbayk, Formula 1 bolidi və iki sportkar iştirak edib. Yarışın videosu Motor1 Türkiyə saytı tərəfindən yayılıb.
Yarışın iştirakçılarının qarşısında yeni tikilmiş hava limanının uçuş-eniş zolağında hərkət edərək, 402 metrlik hissədə ən yaxşı zaman göstərmək tapşırığı qoyulmuşdu. Seriya elektromobillərinin (EPCS) yarış seriyasının texniki reqlamentinə uyğun hazırlanmış Tesla Model S P100DL genişləndirilmiş kuzovu, 789 at qüvvəsi və 995 Nm fırlanma anı hasil edən iki elektrik mühərriki ilə seçilir. Elektrokar ilk “yüzlüyə” 2,1 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malikdir.
Yürüşün digər iştirakçıları olan Aston Martin Vantage 510 at qüvvəsinə, Loyus Evoya 410 – 416 at qüvvəsinə malikdirlər.
Yürüşdə Red Bull Racing komandasına məxsus olan F1 bolidi, Türkiyə Hərbi Hava Qüvvələrinin SoloTürk pilotaj qrupunun F-16 qırıcı təyyarəsi və iki General Electric CF34-3A turboreaktiv mühərriki ilə təchiz edilmiş Challenger 605 biznes jeti iştirak ediblər. Bu mühərriklərin hər biri 40,7 kilonyüton dartqı qüvvəsinə malikdirlər.
Yarışda iştirak edən baykı məşhur türk pilot Kənan Sofuoğlu idarə edib.