Motosevərlərin yaxından tanıdığı Türkiyəli dünya çempionu Kənan Sofuoğlu yeni sürət rekordunu qeydə almaq üçün seçdiyi motosiklin markasını açıqlayıb. Bu Kawasaki Ninja H2R sportbaykıdır. Kənan bu motosiklin köməkliyi ilə 400 kilometr-saat həddinə qədər sürətlənməyi planlaşdırır. Çox maraqlıdır ki, Kənan Kawasaki motosikllərini seçməyə üstünlük verir.Bundan əvvəl də seçimini Kawasaki Ninja H2R modeli üzərində saxlayaraq, bu motosikli 391 kilometr-saat həddinə kimi sürətləndirmişdi.
Türk jurnalistlərin bildirdiyinə görə, Kənan Sofuoğlu yeni rekordu dünyanın ən uzun körpülərindən olan Osmanqazi körpsündə əldə etmək niyyətindədir. Kənan yeni rekord göstərmək cəhdini bu gün həyata keçirəcəkdir. Qeyd etmək lıazımdır ki, o hadisəyə hazırlaşmaq məsələsinə xüsusi ciddiliklə yanaşmışdır.
Bunun üçün Kənan özünün təyin etdiyi tələblərə uyğun olan nadir təchizatı sifariş etmişdir. Motosikldə əlavə aerodinamik elementlər quraşdırılmış və xüsusi yarış yanacağı doldurulmuşdur. Bir sıra detallar daha yüngülləri ilə əvəz edilmişdir.
Həttə, motosikl unikal şinlərlə təchiz edilmişdir ki, Kənan onları yüksək sürətə davam gətirmələri üçün xüsusi qarışıq ilə emal etmişdir. Belə yüksək sürətdə şinlər davam gətirməyə bilər. Kənanın hesablamalarına görə, 400 km/saat həddini toplamağa 30 saniyə tələb olunur.