Bir zamanlar SsangYong kimi məşhur olan KGM şirkəti Actyon modelinin yeni nəslinin təqdimatına hazırlaşır. Artıq modelin eksteryeri və interyeri üzərindəki sirr pərdəsi götürülüb və ilkin sifarişlərin qəbuluna başlanıb. Bununla belə, texniki xüsusiyyətlər və qiymətlər barədə məlumat hələ də yoxdur. Rəsmiləşdirilmiş sifarişlərin sayı təsiredicidir – artıq 35 mindən çox sifariş qəbul edilib ki, onlarda da təxminən 16 mini ilk gün daxil olub.
KGM Torres
Koreyanın KG Mobility (KGM) şirkəti həqiqətən maraqlı avtomobil yaradıb. O, artıq satışda olan Torres modeli ilə eyni platformanı paylaşır. Çox güman ki, iki avtomobil texniki baxımından da unifikasiya ediləcəklər. Yeni Actyon krossoverinin diqqətəlayiq cəhətləri onun ön hissəsi boyunca uzanan işıqlandırılan qeyri-adi panel, ikimərtəbəli optika və arxa hissənin Range Rover modelini xatırladan dizaynıdır. Yeri gəlmişkən, KGM şirkəti modeli kross-kupe adlandırır.
KGM Actyon
Mərkəzində böyük KGM hərfləri olan sükan çarxı istisna olmaqla, interyer tamamilə Torres modelindəki ilə eynidir. Bundan əlavə, Koreya KİV-ləri Actyon krossoverinin daha bahalı tərtibat materiallarına sahib olacağını və model xəttində Torres modelindən bir pillə yuxarıda yerləşəcyini bildiriblər.
Texniki hissəyə gəlincə, əvvəllər yeni krossoverin 207 at qüvvəli elektrik mühərriki və Torres EVX elektrik krossoverindən götürülmüş 70 kilovat-saatlıq batareyanı ala biləcəyi barədə şayiələr peyda olmuşdu. Başqa bir versiyaya görə, yenilik 170 at qüvvəli 1,5-litrlik dördsilindrli turbomühərrik ilə təklif olunacaq. Üçüncü variant da var - yeni Actyon hibrid olacaq. Bu fərziyyələrdən hansının doğru olduğunu tezliklə öyrənəcəyik.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.