ABŞ-da satılan model 2022-ci ilin baharındakı yenilənmədən sonra olduğu kimi qalır. Ən böyük dəyişiklik isə, top səviyyəli Soul EX versiyası üçün nəzərdə tutulmuş dizayner paketidir. Bu paketə 18-düymlük yüngül lehimli diskləri, habelə oturacaqların parça və süni dəri birləşməsindən üzlükləri daxildir. Modelin qiyməti artıb, ancaq bu artım cüzidir: Soul modelinin baza versiyası üçün 19,990 dollar tələb edilir ki, bu da əvvəlkidən 100 dollar çoxdur.
Təchizat səviyyələrinin siyahısı dəyişməz qalıb. LX indeksli başlanğıc səviyyəli krossover hələ də halogen fənərlər və 16-düymlük polad təkər diskləri olan kifayət qədər təvazökar təchizata malikdir. Lakonik salonda multimedia sisteminin səkkiz düymlük ekranı və altı dinamikli səs sistemi var.
Yeni dizayner paketini almış ən bahalı Soul EX versiyası, 1325 dollar məbləğində çatdırılma xərclərini nəzərə almasaq, 24 290 dollara başa gəlir. Belə versiya 17-düymlük yüngül lehimli disklər, lyuk, multimedia sisteminin 10,25 düymlük ekranı, qızdırılan ön oturacaqlar və digər avadanlıqlar ilə təchiz olunur.
Təchizat səviyyəsindən asılı olmayaraq, Soul modeli variator ilə tandemdə çalışan 149 at qüvvəli (179 Nm) 2,0-litrlik dördsilindrli atmosfer mühərriki ilə təchiz edilir. 1,6-litrlik turbomühərrik keçən il çeşiddən çıxarılıb.
Ağıllı açarı olan krossoverlər yeni “yuxu rejimini” alıblar: bu rejim, hakerlərin açarın tezliyinə daxil olmasının qarşısını almaq üçün qapılar bağlandıqdan 40 saniyə sonra aktivləşdirilir. Göründüyü kimi, kütləvi məhkəmə proseslərindən sonra, koreyalılar fəal şəkildə öz avtomobillərini oğurluqdan qorumağın yollarını axtarırlar.
Xatırladaq ki, ABŞ hakimiyyət orqanları Hyundai və Kia avtomobillərinin oğurlanmağa qarşı zəif müdafiəyə malik olduqlarını bildiriblər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.