KİA Motors şirkəti rəsmi olaraq xüsusi seriyadan olan KİA K7 Limited Edition sedanını təqdim etmişdir. Digər bazarlarda K7 modeli KİA Cadenza adı ilə satılır. Xüsusi KİA K7 Limited Edition sedanının tirajı 5000 nüsxə ilə məhdudlaşdırılmışdır.

Xüsusi seriyadan olan sedanlar  standart modellərdən genişləndirilmiş təchizat səviyyəsi, həmçinin xromdan bünövrəsi olan unikal yan güzgülərin korpusları ilə seçilir.

Bundan başqa, eksklyuziv sedan tamamilə işıqdiodlarından hazırlanmış ön fənərlər, proeksiya displeyi, 18-düymlük eksklyuziv təkər diskləri, 7-düymlük Supervision cihazlar paneli, baqaj qapağının elektrik ötürməsi və ön oturacaqların arasında yerləşdirilmiş boks-dirsəkaltı ilə təchiz edilir. Əlavə olaraq, xüsusi seriyadan olan avtomobillərin təchizatına  doqquz təhlükəsizlik yastığı, qəfil əylənmə sistemi, çarpışmaları önləyən sistem,sensor ekranlı multimedia kompleksi və salonun dəri ilə işlənməsi daxildir.

KİA K7 Limited Edition xüsusi nəşri geniş mühərrik çeşidinə malikdir. Sedan 2,4-litrlik 190 at qüvvəli və 3,3-litrlik 290 at qüvvəli benzin mühərriki, həmçinin 202 at qüvvəsi gücü olan 2,2-litrlik dizel mühərriki ilə təchiz edilir. Bü mühərriklər altı və ya səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt