Dördüncü nəsil Kia Carens modeli texniki cəhətdən Seltos krossoveri ilə unifikasiya edilən, Hindistan və Cənub-Şərqi Asiya bazarları üçün nəzərdə tutulmuş üç cərgəli ucuz krossoverdir. Keçən yazda o, genişmiqyaslı restaylinqdən keçib: yenilənmiş versiya Kia Carens Clavis adlanır. Artıq Hindistanda krossoverin benzin və dizel versiyalarında istehsal olunur və satılır. İndi isə, çeşid Carens Clavis EV tərəfindən genişləndirilib – bu, Hindistanda istehsal olunan ilk Kia elektromobilidir.

Elektrik texnikası baxımından belə Carens Hindistanda da lokallaşdırılmış Hyundai Creta Electric krossoveri ilə unifikasiya edilib. Seçim etmək üçün, alternativsiz ön ötürməsi olan iki versiya var. Baza Standard Range modifikasiyası 135 at qüvvəli elektrik mühərriki və 42 kilovat/saatlıq dartma batareyasına malikdir. Long Range versiyası isə, 171 at qüvvəli mühərrik və 51,4 kilovat/saatlıq batareya ilə təchiz edilir. Elektrik mühərrikinin fırlanma anı hər iki halda eynidir (255 Nm) və hər iki batareya - NMC katodu olan litium-ion batareyasıdır.

Pasport üzrə yürüş ehtiyatı müvafiq olaraq, 404 və 490 kilometrdir (Hindistan ARAI dövrünə əsasən). Bərpa intensivliyinin sükan çarxındakı ləçəklər vasitəsilə dəyişdirilə bilən dörd səviyyəsi mövcuddur. CCS2 şarj konnektoru avtomobilin burnundakı lyukun altında yerləşir, Dəyişən cərəyanlı şarjın gücü 11 kilovat, sabit cərəyanlının isə, 100 kilovat (Creta modelindəki 60 kilovata qarşı) təşkil edir. V2L və V2V protokollarından istifadə edərək xarici istehlakçılara qoşulmaq mümkündür. Ən güclü versiya 100 km/saata 8,4 saniyəyə sürətlənir.

Kia Carens Clavis EV zahiri cəhətdən yanacaqla işləyən həmkarlarından cüzi fərqlənir. Bunlar - ön tərəfdə yuxarı hava girişini əvəzləmiş bağlı panel, faralar arasındakı işıqlanan bənd, bamperdəki duman əleyhinə əlavə işıqlar və başqa dizaynı olan 16 və ya 17 düymlük təkər diskləridir. Kapotun altında şarj kabeli üçün 25-litrlik bölmə nəzərdə tutulub. Elektromobilin uzunluğu (4550 millimetr) və hətta pasport üzrə klirensi (200 millimetr) benzin və dizel versiyaları ilə eynidir.

Elektrik krossoveri yalnız zəngin təchizat səviyyələrində təklif olunur, ona görə də, özündə iki ekranı (hər biri 12,25 düym) birləşdirən günəşliksiz vahid blok quraşdırılmış ön panelə malikdir. Lakin EV versiyasının iki xüsusiyyəti var: transmissiya selektoru sükan sütununda yerləşir, mərkəzi tunelin əvəzinə isə, düyməli blokunun yerləşdiyi iri dirsəkaltı var. İnteryer yalnız yeddi nəfərlik ola bilər (ikinci sırada divan ilə), baxmayaraq ki, yanacaq versiyalar altı nəfərlik də ola bilərlər.
Artıq Hindistanda Kia Carens Clavis EV modelinə sifarişlər qəbul olunur. Elektrik versiyasının qiyməti 1,8 - 2,45 milyon rupi (21-28 min dollar), yanacaqlı versiyaların isə, 1,34 - 2,5 milyon rupi (16-29 min dollar) arasında dəyişir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.