Asiya ölkələrində varlı iş adamları minivenlərlə hərəkət etməyı üstünlük verirlər, çünki belə minivenlər geniş salona və adi sedanlara nisbətən avtomobilə daxil olmağı asanlaşdıran hündür qapı girişinə malikdirlər. Kia şirkəti bu tendensiyadan yan keçə bilmzədi və artıq yeni nəsil Kia Carnival miniveni də dəbdəbəli VIP versiyaya sahib olub.

Dəbdəbəli minivenin əsası kimi, salonun hündürlüyünü artıran plastik üst quruluşa malik olan Carmival HiLimousine versiyası götürülüb. Bununla belə, top versiyanın interyeri donorda olduğundan daha dəbdəbəlidir.

Salonun arxa hissəsində iki kreslo quraşdırılır. Onların hər iki nappa dərisi ilə örtülüb, elektriklə tənzimləməyə, qızdırılma və havalandırma funksiyalarına, habelə irəli çıxan ayaq dayaqlarına malikdirlər. Bu ayaq dayaqları arxa sərnişinə yarı uzanmış vəziyyəti almağa imkan verir.

Üstəlik, dəbdəbəli Carnival miniveni quraşdırılmış ayaq masajorlarını alan ilk Kia modeli olub. Cihazlar Koreyanın Hutech şirkəti ilə birlikdə hazırlanıb və arxa sərnişinlərin ayaqlarının önündəki qutulardan çıxırlar.

Salonun tamamilə düz səthə malik olan döşəməsi "laminat" ilə örtülüb, tavanda 21,5-düymlük monitor, oturacaqlar arasında isə bütün elektron sistemləri idarə etməyə imkan verən yeddi düymlük taçpad quraşdırılıb. İri qol dayaqlarında qatlanan masalar, smartfonların simsiz doldurulması cihazı, soyuducu, habelə qızdırılan və soyudulan fincan altlıqları var.

Baqaj bölməsi də yenidən tərtib edilib: paltar asmaq üçün eninə çubuq quraşdırılıb, döşəmənin altında isə iki ayaqqabı qutusu gizlədilib.

Dörd nəfərlik Kia Carnival HiLimousine modeli yalnız 294 at qüvvəli 3,5-litrlik V6 GDI benzin mühərriki və səkkiz pilləli "avtomat" ilə təklif olunur. Turbodizel belə minivelər üçün nəzərdə tutulmayıb. Bundan başqa, top versiya digərlərindən daha rahat asqısı ilə fərqlənir: miniven azaldılmış sərtliyi olan yaylara və amortizatorlara malikdir.

Cənubi Koreyada dəbdəbəli minivenin qiyməti 76 min dollardır.  Xatırladaq ki, adi Carnival modelinin qiyməti isə 28 mindən dollardan başlayır.

Kia Carnival modelinin çeşidindəki digər yenilik isə, ən sadə və nisbətən ucuz olan Noblesse Outdoor kemperidir. Belə minivenin ikinci oturacaq cərgəsinin artırılmış uzununa tənzimlənmə diapzonuna malikdir: indi onları ön kreslolara doğu çəkmək olar ki,  bu da avtomobildə boyu 180 santimetr olan iki nəfərin uzana biləcəyi döşəyi yerləşdirməyə imkan verir.

Dəstə forması minivenin arxa hissəsinə uyğunlaşdırılmış quraşdırılan tent-çadır da daxildir. Koreyada Kia Carnival Noblesse Outdoor versiyası 33.000 dollardan başlayan qiymətlər ilə satılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, 2022-ci model ilinin bütün minivenləri yeni funksiyaları əldə ediblər. Artıq elektronika hərtərəfli kameralardan alınan görüntünü avtomobil sahibinin smartfonuna ötürə bilir – bu, avtomobil sahibinə avtoparkedicini məsafədən idarə etməyə imkan verir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.