Dördüncü nəsil Kia Carnival miniveninin ilk şəkilləri dərc edilib. Əvvəlki miniven bu sinfə məxsus olan birhəcmli nisbətlərinə sahib olsa da, yeni avtomobilin dizayn üslubu daha çox Kia markasından olan yeni krossoverlərin dizaynına daha yaxın olub.
Yolsuzluq avtomobillərin xas olan cizgilərə misal kimi, iri təkər tağlarını, vizual olaraq önə çıxan kapotu və kuzovun aşağı hissəsindəki rənglənməmiş plastikdən işləmələri göstərmək olar. Bununla birlikdə, sürüşdürülərək açılan arxa qapılar yerlərini qoruyublar. Avtomobilin bazarda mövqeləndirilməsi üçün xüsusi termin də hazırlanıbdır - Grand Utility Vehicle (GUV).
Yayılan görüntülərdə, Koreya bazarında satılacaq və yerli ənənəyə görə Kia Carnival Limousine adlandırılan ən bahalı variant təsvir edilmişdir. Bu avtomobilin əsas cəhəti bol xrom örtüyüdür. Gündüz hərəkət işıqların mürəkkəb formaları və barmaqlığa daxil olan uzaq işıqların bölmələrinə malik olan orijinal işıq texnikası daha sadə modifikasiyalarda da tətbiq ediləcəkdir.
Yeni Carnival minivenin ölçüləri böyüyüb: modelin uzunluğu 5155 millimetr, eni 1995 millimetr, hündürlüyü isəö 1740 millimetr təşkil edir. Beləliklə, yeni miniven sələfindən 40 millimetr uzun və 10 millimetr enli olub. Təkər bazası da 30 millimetr artaraq 3090 millimetrə çatıb. Avtomobilin ön çıxışı qısaldırılıb. Təəssüf ki, bu günə olan rəsmi məlumatlar bununla bitir: Kia salon görüntülərini və texniki xüsusiyyətləri əks etdirən məlumatı dərc etməyib.
Təsdiqlənməmiş məlumatlara görə, yeni Carnival miniveni texniki cəhətdən bir müddət bundan öncə təqdim olunmuş Sorento krossoveri ilə unifikasiya edilib. Bu, minivenin virtual cihazlar panelinə, həmçinin 2.2-litrlik turbodizel aqreqatı və 2.5 T-GDi benzin turbomühərriki daxil olan mühərrik çeşidinə sahib olacağı anlamına gəlir.
ABŞ bazarında satılan Sedonia adı ilə satılan miniveni V6 mühərriki ilə də təklif edəcəklər. Yeni miniven Cənubi Korayada bu ilin üçüncü rübündə təqdim edilməlidir. Yeni modelin satışlarına təqdimatdan dərhal sonra başlanacaqdır.