Kia şirkəti Ceed hetçbekinin yeni nəslini təqdim edib. İstehsalçı modelin adındakı apostrof işarəsini götürüb, eksteryer və interyerin dizaynını dəyişib, həmçinin təchizat siyahısını genişləndirib. Yeni hetçbekin kütləvi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.
Yeni nəsil Kia Ceed modeli Cənubi Koreya markasının daha möhkəm və yüngül K2 platformasında inşa edilmiş ilk avtomobili olacaqdır. Yeni platforma əvvəl istifadə edilən J4 platformasından 25 kiloqram yüngüldür. K2 platforması asqı arxitekturasını dəyişilməz qalmasına imkan verir – öndə McPehrson və arxada çoxqollu asqı. Ölçülərinə görə yeni avtomobil cari modellərdən fərqlənməyəcəkdir. Ceed modelinin uzunluğu 4310 millimetr, eni – 1800 millimetr, hündürlüyü isə 1447 millimetr. Bu yeni modelin əvvəlkindən 20 millimetr enli və 23 millimetr alçaq olduğundan xəbər verir. Təkər bazasının uzunluğu dəyişilməz qalıb – 2650 millimetr.
Kia Ceed modelinin ön çıxışı 20 millimetr qısa, arxa çıxış isə eyni ölçüdə uzun olacaqdır. Baqaj bölümünün həcmi 15 litr artaraq 395 litrə çatıb. Arxa sərnişinlərin başı üzərində məkanı artırmaq məqsədi ilə, arxa oturacaqların səviyyəsi aşağı salınıb.
Ceed modelinin mühərrik çeşidinə 120 at qüvvəli 1,0-litrlik üç silindrli mühərrik, 140 at qüvvəli 1,4-litrlik turbomühərrik, həmçinin 115 və 136 at qüvvəli variantlarda təklif ediləcək 1,6-litrlik dizel aqreqatı daxil edilib. Güc aqreqatları mexaniki transmissiya ilə tandemdə çalışacaqdırlar. Turbomühərrik və dizel aqreqatını yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə də sifariş etmək olar.
Ceed modeli idarəetmə elektronikasının rejimlərini dəyişən sistemə sahib olacaqdır. Bu sistem mühərrikin və sükan idarəetməsinin tənzimləmələrini dəyişməyə imkan verir. Əlavə öndənişlə, tərkibinə radiator barmaqlığının aktiv pərdələri olan (onları bağlanan zaman aerodinamik müqavimət əmsalını “eko” dəstini, azaldılmış klirensi olab asqı, bağlı hamar altlıq və xüsusi Michelin şinlərini sifariş etmək olar.
Kia şirkəti Ceed hetçbekinin seqmentdə ən çox texnologiya ilə təchiz edilən avtomobil hesab edir. Modelin təchizatına adaptiv kruiz-kontrol, avtomobilin bir sıra funksiyalarının smartfondan idarəedilməsi sistemi, qadjetlərin indiksiyon doldurulması sistemi, JBL səs sistemi, 5, 7 və 8 düymlük displeyləri olan multimedia sistemi, havalandırmalı ön oturacaqlar, alın şüşəsinin qızdırılmasıhərəkət zolağına və kor zonalara nəzarət, həmçinin dayanacaqdan çıxma və parklanma yardımçısına daxil edilmişdir.
Yeni hetçbekin Avropadakı satışlarına may ayında başlanacaqdır. Kia Ceed beşqapılı hetçbek, liftbək və “yolsuzluq” modifkasiyalarında buraxılacaqdır.