Keçən payızda Koreya brendi 2019-cu ildə Optima sedanını əvəz etmiş K5 sedanını yeniləyib. İndi isə, növbə Şimali Amerikada satılan versiyaya gəlib çatıb: yenilənmə Koreyadakı ilə eyni sxemə əsasən aparılıb. Sedanın optikası, interyer yenilənib, həmçinin yenilənmiş model yeni texnologiyaları əldə edib.

Şimali Amerikada satılan yenilənmiş Kia K5 modeli Çikaqo avtosalonunda debüt edib. Eksteryerdəki əsas fərq, aşağı hissəsində əlavə “tire” peyda olan yenilənmiş Star Map gündüz hərəkət işıqlarıdır. Standart təkərlər 16 düymlükdür. GT-Line versiyası 18-düymlük, GT versiyası isə, Pirelli P-Zero şinləri taxılmış 19-düymlük disklərlə təchiz edilir.

Salonda iki 12,3-düymlük displey olan klaster peyda olub - günəşliksiz rəqəmsal cihazlar paneli, habelə indi daha rəvan və daha intuitiv işləyən Connected Car Navigation Cockpit mediasisteminin ekranı. Apple CarPlay və Android Auto bütün təchizat səviyyələrində mövcuddur.

“Baza” LXS versiyasının avadanlıq siyahısına məsafədən parklanma funksiyası olan və öndən toqquşmaların qarşısını alan ağıllı kruiz-kontrol sistemi daxildir. Ən populyar EX variantı Bose premium səs sistemi, elektrikli güzgülər, ikinci rəqəmsal açar və digər opsiyalarla təklif olunur.

Bununla belə, əsas dəyişiklik kapotun altındadır. Standart K5 sedanı 1,6-litrlik turbomühərriki əvəz edən 2,5-litrlik yeni dördsilindrli atmosfer mühərrikini alıb. Yeni aqreqat 191 at qüvvəsi (+ 11 at qüvvəsi) hasil edir, lakin onun fırlanma anı 245 Nm-dir (- 19 Nm). GT-Line paketi tam ötürmə sistemini ehtiva edir.

Yeni güc aqreqatı səkkiz pilləli avtomatla tandemdə çalışır. GT versiyasının mühərriki əvvəlki 290 at qüvvəli 2,5-litrlik turbomühərridir. Ötürmə - yalnız ön təkərlərdir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.