Kia şirkəti drift aşiqləri üçün hazırladığı Stinger liftbekinin xüsusi GTS variantını Nyu Yorkda nümayiş etdirib. Kia Stinger GTS modelinin əsas xüsusiyyəti seriya tam çəkiş sistemindən fərqlənən D-AWD (Dynamic All Wheel Drive) transmissiyasıdır. Transmissiya Comfort hərəkət rejimində fırlanm anının 60 faizin arxa oxa ötürürsə də, Sport rejimində bu göstərici 80 faizə qədər artır. Yeni peyda olmuş Drift rejimi isə, ön ötürmənin muftasını ayıraraq fırlanma anının 100 faizini arxa oxa ötürür və seçilmiş pilləni sərt şəkildə saxlayır.
Bundan başqa, liftbek özüqapanan arxa differensiala, səkkiz pilləli “avtomatın” və stabilizasiya sisteminin yenilənmiş tənzimləmələrinə sahib olub. 370 at qüvvəsinə malik olan 3,3-litrlik mühərrik dəyişilməz qalıb. Yeri gəlmişkən Kia Stinger GTS modelini yalnız arxa çəkişlə də sifariş etmək olar.
Stinger GTS 800 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. 44 min dollardan başlayan qiymətlərlə satılacaq avtomobil ABŞ bazarı üçün nəzərdə tutulub. GTS modeli parlaq narıncı rəngə, karbonplastikdən dekora, həmçinin sükanın və mərkəzi tonnelin alkantara ilə üzlənməsində sahib olacaqdır. Kia Stinger GTS modelinin satışları yayın əvvəlində başlanacaqdır.