E-GMP modul platformasına əsaslanan Kia EV elektromobillər xətti dördüncü model ilə genişləndirilib. Kia EV6 kross-hetçbeki, böyük EV9 krossoveri və orta ölçülü EV5 modelinə EV3 indeksli ən yığcam krossover qoşulub. Yeni krossoverin debütü onun üçün əsas bazara çevriləcək Avropada baş tutub.
Ölçülərinə görə yeni elektrik krossoveri tanış Hyundai Creta və Geely Coolray modellərinə yaxındır: onun uzunluğu 4300, eni - 1850, hündürlüyü isə, 1560 millimetrdir. Lakin təkər bazası daha sanballıdır: Creta modelindəki 2630-a qarşı 2680 millimetr.
Modelin üslubu Opposites United dizayn strategiyasına uyğundur və böyük qardaşı EV9 krossoverini xarici görünüşünü təkrarlayır. Aerodinamik müqavimət əmsalı 0,263 təşkil edir. Kuzovu doqquz rəngə boyamaq mümkündür. Ənənəvi olaraq daha aqressiv kuzov dəsti və dekorasiyası ilə seçilən EV3 GT-line versiyasının buraxılacağı də açıqlanıb.
Salonda sinif standartlarına görə beş sərnişin üçün inanılmaz məkan və qabaqcıl funksionallıq vəd edilib. Ön oturacaqlar arasındakı mərkəzi qutu sərti masaya çevrilə bilər.
460 litrlik əsas baqaj iki səviyyəli döşəməyə malikdir, arxa cərgənin qatlanması halında bölmənin tutumu 1250 litrə qədər artır, kapotun altındakı əlavə 25 litrlik bölmədən isə, doldurma kabellərini saxlamaq üçün istifadə oluna bilər.
Ön paneldə üç ekrandan ibarət olan vahid klaster var: bunlar cihazlar panelinin (12,3 düym), iqlimə nəzarət sisteminin (5 düym) və mediasistemin (12,3 düym) displeyləridir. Onların altında bir sıra yeyin giriş düymələri var.
Üstəlik, sükan çarxında kruiz-kontrol, naviqasiya və Harman/Kardon audio sisteminin idarə düymələri yerləşdirilib. Üç daxili tərtibat variantı var – Subtle Gray, Warm Grey və Blue, GT-line versiyası üçün isə, dördüncü Onyx Black variantı nəzərdə tutulub. Üstəlik, tərtibat materiallarının əksəriyyəti təkrar emal edilmiş xammaldan hazırlanır.
Əgər EV ailəsinin ilk üç modeli əsas arxa ötürməyə malik olduğu halda, Kia EV3 krossoveri üçün ilk dəfə olaraq, E-GMP platformasının sadələşdirilmiş ön ötürməli versiyasından istifadə edilib.
Ön oxa 204 at qüvvəsi və 283 Nm hasil edən elektrik mühərriki quraşdırılıb. Belə krossover 100 km/saata 7,5 saniyəyə sürətlənir. Maksimal sürət 170 km/saatdır. Seçmək üçün, dördüncü nəsil dartma batareyasının iki variantı var: Standard (58,3 kilovat/saat) və Long Range (81,4 kilovat/saat).
Hələlik yalnız təxmini yürüş ehtiyatı açıqlanıb: standart versiya üçün təxminən 410 kilometr, uzunmənzilli versiya üçün isə, 600 kilometrdən çox (WLTP). Bir pedallı i-Pedal 3.0 idarəetmə rejimi də mövcuddur.
128 kilovata qədər gücə malik olan sürətli doldurma 31 dəqiqə ərzində elektrokarın yürüş ehtiyatını 10 faizdən 80 faizə qədər artıra bilər, həmçinin DC şarj cihazı da nəzərdə tutulub. Nəhayət, elektromobili elektrik enerjisini xarici istehlakçılara da çatdırmaq qabiliyyətinə malikdir (Vehicle-to-Load).
Kia EV3 elektromobilləri Koreyada istehsal olunacaq, satışların başlanması avqust ayına planlaşdırılıb, baxmayaraq ki, yerli bazarda sifarişlərin qəbuluna iyul ayında başlanmalıdır. Avropadakı satışlara payızda start veriləcək. Qiymət siyahısı hələlik dərc edilməyib, lakin qiymətin 35 min avrodan başlaycağı ehtimal olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.