İspaniyanın km77.com nəşrinin jurnalistləri Kia EV6 elektrik krossoverinin manevr qabiliyyətinin sınaqları zamanı çəkilmiş videoçarxı dərc ediblər. “Sığır testi” zamanı, Koreya modeli təsir bağışlayan idarəetməni və proqnozlaşdırılan davranışı nümayiş etdirib. Elektromobil “sığır testini” 78 km/saat sürətilə yerinə yetirərək uğurlu nəticəyə imza atıb.

"Sığır testi" zamanı, Kia EV6 heç bir konusa toxunmadan, 78 km/saat sürəti ilə inamlı şəkildə kəskin yerdəyişmələrin öhdəsindən gəlib. Mütəxəssislər, sınaq pilotlarına kəskin manevrləri heç bir problem olmadan həyata keçirməyə imkan verən dəqiq sükan idarəetməsini xüsusilə qeyd ediblər. Bundan əlavə, onlar elektrik krossoverini proqnozlaşdırıla bilən davranışına, eləcə də aktiv təhlükəsizlik sistemlərinə görə yüksək qiymətləndiriblər.

Kia EV6 modeli dəhlizləri, ən yaxşı nəticələri 77 və 73 km/saat olan Porsche Taycan Cross Turismo və Volkswagen ID.4 modellərindən daha yaxşı keçib. Bundan əlavə, Koreya elektromobilinin manevr qabiliyyəti Mercedes-AMG A45 S modelindən daha yaxşı olub. Xatırladaq ki, alman hetçbeki bu tapşırığın öhdəsindən yalnız 75 km/saat sürəti ilə gəlmişdi.

Noyabrın ortalarında Kia EV6 modeli ən qısa enerji doldurma müddətinə görə Ginnesin rekordlar kitabına düşüb. Elektromobil batareyanı doldurmaq üçün yeddi saatdan bir qədər çox vaxt sərf edərək, ABŞ ərazisini bir ucundan digər ucuna qədər qət edib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.