Kia şirkəti yeni nəsil Forte sedanını Lamborghini Aventador superkarı ilə müqayisə etdiyi reklam çarxını buraxıb. Zarafatyana çəkilmiş videoçarxda koreya sedanının italyan superkarı qarşısında olan üstünlükləri sadalanıb.
Kia şirkətinin qənaətincə Forte modelinin ilk üstünlüyü onun dörd qapısının və Aventador modelindəkidən üç dəfə böyük baqaj bölümünün olmasıdır. Bundan başqa, koreya sedanının multimedia sisteminin sensorlu displeyi, smartfonların naqilsiz doldurulması sistemi və beş sərnişinlik salonu vardır. Koreyalılar Lamborghini Aventador superkarının Forte sedanından «azacıq yeyin» olduğunu, üstəlik, onun qiymətinə sedanın özünü və «İtaliyada kiçik villanı» almaq mümkün olduğunu da bildiriliblər.
Kia Forte sedanının yeni nəsil bir neçə gün bundan öncə Detroytda keçirilən NAIAS 2018 sərgisində debüt edib. Forte modelləri bizim bazarda Cerato adı ilə satılır.