Kia şirkəti Frankfurt avtosalonunda XCeed və Ceed Sportwagon modellərinin qoşulan hibrid modifikasiyalarını nümayiş etdirəcəyini bəyan edib. Plug-in Hybrid indeksinə sahib olmuş modellər 141 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəkdirlər. Hibrid qurğu 1,6-litlik benzin mühərrikdən və elektromotordan ibarət olacaqdır.
Elektrik mühərriki 8,9 kilovat-saatlıq batareyadan qidalanacadır. Sırf elektrik ötürməsi ilə qoşulan hibridlər 60 kilometr məsafə qət edəcəklər. Bundan başqa, batareyanın ehtiyatını bərpa etmək üçün, hər iki model kinetik enerjinin rekuperasiyası sistemi ilə təchiz olunurlar. XCeed PHEV və Ceed Sportwagon PHEV modellərinin güc aqreqatı altı pilləli iki muftalı “robot” ilə tandemdə çalışacaqdır. Birinci model 100 km/saat həddini 11,0 , ikinci isə, 10,8 saniyəyə toplayır.
Bundan başqa, avtomobillər səsi generasiya edən sistemə malikdirlər ki, bu da, elektrik ötürməsi ilə hərəkət zamanı ətrafdakıları avtomobilin yaxınlaşdığı barədə xəbərdar etmək üçün nəzərdə tutulub. Hər iki model aerodinamik effektivliyi artıran “bağlı” radiator barmaqlığa və sol ön qanadda yerləşdirilmiş elektrik yükləmə nöqtəsinə malikdirlər.
Hibridlərin standart təchizatına 16-düymlük təkər diskləri və 8-düymlük ekranı olan multimedia sistemi daxildir. Əlavə ödənişlə 12,3-düymlük virtual Supervision cihazlar panelini, multimedia sisteminin 10,25-düymlük displeyini, 17 (XCeed) və 18-düymlük (Ceed Sportwagon) təkər disklərini sifariş etmək olar.
Hər iki PHEV modeli avropa bazarı üçün nəzərdə tutulub.