Kia şirkəti dünyəvi təqdimatı Frankfurt avtosalonunda keçiriləcək konsept avtomobilinin birinci şəklini dərc edib. Prototip gələcəkdə c’eed ailəsindən olan avtomobillərin dizaynı haqqında təsəvvür yaratmaqla vəzifələndirilib.
Yeni prototip Cənubi Koreya istehsalçısının Avropadakı dizayn-studiyası tərəfindən yaradılıb. Konsept güclü maili tavana malik olan beşqapılı hetçbekdir. Kia şirkəti üçün yeni olan kuzovu yaradarkən dizaynerlər "pro_c’eed hetçbekinin idman görkəmini onun gündəlik həyatdakı universallığı" ilə birləşdiriblər. Avtomobil haqqında başqa məlumat verilməyib.
Kia şirkətinin son yeniliyi Stonic krossoveri olub. Bu model yalnız öndən çəkiş sistemi və 120 at qüvvəli 1,0-litrlik üç silindrli mühərriklə təklif edilir. Modelin mühərrik çeşidinə 1,25- və 1,4-litrlik atmosfer aqreqatlar da daxildir. Avropada yeni model 15700 avrodan başlayan qiymətlərlə satılır. Bizim bazara yeni model gətirilmir.