Kia Ceed modeli artıq tarixə çevrilib. Kia şirkətinin Slovakiyadakı zavodunda yığılan bu ailənin istehsalına cari yayda son verilib. Onu artıq burada buraxılan Kia EV4 elektrik hetçbeki əvəzləyib: istehsala avqust ayında start verilib, gələcək planlarda isə, zavodun tamamilə elektromobil istehsalına keçirilməsi var (hazırda burada Kia Sportage krossoverini də istehsal edirlər). Bununla belə, şirkət benzin hetçbeklərinin yerini boşaltmağa tələsmir - hazırda Avropada idxal olunan beşqapılı Kia K4 modeli satılır.

Bu model Şimali Amerikada keçən il debüt edib və orada Kia K4 modeli Cerato/Forte/K3 ailəsini (ailənin müxtəlif bazarlardakı adları) əvəz edib və iki kuzovla - sedan və hetçbek formatında təklif olunur. Sedan Avropa bazarında satılmayacaq. Əslində Kia K4 hetçbeki Ceed modelindən nəzərəçarpacaq dərəcədə böyükdür: onun uzunluğu 4440 (+ 130 millimetr), eni - 1850 (+ 50 millimetr), təkər bazası isə, 2720 (+70 millimetr) millimetrdir. 

Bununla belə, onun hündürlüyü azaldılıb: Ceed modelindəki 1457 millimetrə qarşı 1435 millimetr. Hetçbekin klirensi 140 millimetrdir. Kia şirkəti K4 modelini C və D siniflərinin “sərhəddində” yerləşən avtomobil adlandırır. Brend ənənəvi olaraq, daha aqressiv kuzov dəsti və xüsusi 18-düymlük (17 düymlüklərin əvəzinə) təkər disklərinə malik olan GT-Line versiyasını da təklif edir.

Həm avropalı, həm də amerikan versiyalarının interyerləri eynidir. Ön paneldə cihazlar paneli və media sisteminin ekranlarını (hər biri 12,3 düym) birləşdirən vahid blok var. Bu ekranların arasında isə, klimat-kontrolun 5,3 düymlük displeyi yerləşdirilib. Bulud yeniləmələrinin, həmçinin simsiz Apple CarPlay və Android Auto tətbiqlərinin dəstəyi təmin edilir. 

Qadcetlərin simsiz doldurulması sistemi standart təchizata daxildir, əlavə ödəniş müqabilində Harman/Kardon səs sistemini və oturacaqların dəri ilə üzlənməsini sifariş etmək mümkündür. Məlum məsələdir ki, elektron yardımçılar dəsti və adaptiv kruiz kontrol da nəzərdə tutulub. Standart modellərdə baqajın həcmi 438 litr və 1217 litr (arxa oturacaqlar qatlandıqda), yumşaq hibridlərdə isə, müvafiq olaraq, 328 litr və 1107 litr təklif edir.

Bəli, okeanın o tayında satılan analoqlarından fərqli olaraq, Avropadakı Kia K4 hetçbekləri elektrik üstqurum ilə təchiz edilə bilərlər. O, Avropa üçün eksklüziv olan 1.0 T-GDI turbomühərriki (115 at qüvvəsi) üçün əlçatandır. Belə hetçbeklər altı pilləli mexaniki transmissiya və ya yeddi pilləli iki muftalı “robot” ilə təchiz edilirlər. Bununla belə, mexaniki transmissiyası və 1,0-litrlik mühərriki olan baza versiyası startyor-generatordan məhrumdur. Avropa çeşidində yalnız 7-pilləli “robot” ilə birlikdə çalışan 150 və ya 180 at qüvvəli 1,6-litrlik turbomühərrik ilə hərəkətə gələn versiyalar da olacaq. 2026-cı ildə tamölçülü hibrid vəd edilir, lakin dizel mühərrikləri nəzərdə tutulmayıblar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia K4 hetçbekləri Avropaya bütün Şimali Amerika bazarını təmin edən Meksikadakı zavoddan gətiriləcəklər. Avropadakı satışlara bu ilin sonuna qədər başlanacağı gözlənilir, lakin qiymət hələlik açıqlanmayıb. Məlumat üçün bildirək ki, hazırda təqaüdə göndərilən Ceed modelinin Almaniyadakı satış qiyməti 27 000 avrodan başlayır (anbarlarda çoxlu avtomobil qalıb).

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.