Cənubi Koreya istehsalçısı Twist Logic konseptinin ruhunda tərtibata malik olan qeyri-adi kuzovlu K4 sedanının bir neçə şəklini dərc edib. Modelin əsas xüsusiyyəti sanki burulmuş kvadrat formaları, gizli qapı tutacaqları və ön optikanın “dişləri” olan relyefli kuzovudur. Kia hələlik yeni modelin yalnız şəkilləri nümayiş etdirib, onun texniki göstəriciləri isə, bir həftə sonra açıqlanacaq.
Kia şirkətinin qeyd etdiyi kimi, işıq oyunu K4 modelinin kuzovuna yan tərəfdən baxdıqda, qanadların və arxa qapıların oxşəkilli elementlərində daha yaxşı görünür. Yeri gəlmişkən, dizayn ideyalarına yer açmaq üçün, arxa qapılar tutacaqlardan məhrum ediliblər - onlar arxa pəncərələrin sütunlarına quraşdırılıblar.
K4 modeli ön tərəfdən Tiger Face dizayn üslubunun inkişafının yeni mərhələsini nümayiş etdirir. Bu üslubdan K3 hetçbeki və Sorento krossoverində istifadə olunub.
Salonda sürücü və sərnişin sahələri dəqiq şəkildə ayrılıb. Lakin Kia bunun displeylərin sürücüyə tərəf çevirməsilə deyil, vizual olaraq həyata keçirildiyini vurğulayır: solda daha çox idarəetmə elementləri və fərqli tərtibata malik olan qapı kartı var.
Ön paneldə müasir vahid klasterdə birləşdirilmiş cihazlar panelinin və multimedia sisteminin displeyləri, onun altında isə, iqlimə nəzarət sisteminin və digər funksiyaların fiziki idarəetmə düymələri var.
Sürücünün qapısının dəstəyinin üstündə oturacaqların qızdırılması və havalandırması düymələri var. Eyni düymələr sərnişin tərəfində də mövcuddur. Avadanlıq siyahısına yəqin ki, proyeksiya displeyi də daxil olacaq.
Firuzəyi Slate Green ilə yanaşı, interyer üçün Medium Grey, Canyon Brown və Onyx Black rəngləri əlçatandır.
Mühərrik çeşidinə 1,6-litrlik turbo və 2,0-litrlik atmosfer mühərriklərinin daxil olacağı gözlənilir. Bəzi bazarlarda isə, Kia K4 hibrid güc aqreqatı ilə təklif edəcək. Bu, hələlik qeyri-rəsmi məlumatdır. K4 modeli haqqında ətraflı məlumat 27 mart 2024-cü ildə Nyu York Beynəlxalq Avtomobil Sərgisində açıqlanmalıdır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.