Kia uzun müddətdir ki, modellərinin ənənəvi adlarını hərf və rəqəmdən ibarət olan indekslərlə əvəz edir. Məsələn, bəzi bazarlarda məşhur Rio modeli K2 olaraq tanınır, lakin bu yaxınlarda onun adı K3 ilə əvəz olunub. İndi isə, Cerato/Forte/K3 ailəsi (adlar müxtəlif bazarlar üçün istifadə olunur) öz yerini yeni Kia K4 modelinə verməyə hazırlaşır. Sedan bu günlərdə keçirilən Nyu York avtosalonunda təqdim olunub.

Kia K4 sedanının xarici görünüşü üzərindəki sirr pərdəsi bir həftə əvvəl götürülüb və dizayn baxımından böyük bir addım atıldığını hesab etmək olar. Sedan bu sinif üçün ənənəvi olmayan maili dam və iti siluetlə birləşən qeyri-adi brutal və bucaqlı formalara malikdir. K4 kiçik qapağı olan, lakin 413 litr tutan (amerikan EPA metoduna görə) ayrıca baqaja malikdir.

Eyni zamanda, sedan nəzərəçarpacaq dərəcədə böyüyüb və demək olar ki, ölçü baxımından 2005-2010-cu illərdə istehsal olunan Kia Optima/Magentis modelinə çatıb. Onun uzunluğu 86 millimetr (4709 millimetr), eni isə, 51 millimetr (1829 millimetr) artıb. Əlbəttə ki, bu, daxili məkana yaxşı təsir göstərib: oturacaq cərgələri arasındakı məsafə artırılıb və arxadakı sərnişinlərin başları üzərində əlavə 76 millimetrlik məkan peyda olub.

Kia K4 modelinin ön paneli hazırki dövr üçün standart olan arxitekturaya malikdir, cihazlar paneli və media sistemin ekranları ümumi klasterdə (30 düymlük) birləşdirilib, onların arasında sensorlu düymələri olan kiçik bir iqlimə nəzarət sisteminin displeyi də yerləşdirilib. Ancaq çoxlu fiziki düymələr, həmçinin transmissiyanın ənənəvi selektoru da var.

Maraqlı variantlar arasında NFC protokolu (smartfon və ya nişan) vasitəsilə avtomobilin kilidini açmaq və işə salmaq imkanı da var. Kia yeni modelin bu sinif üçün maksimum sayda elektron köməkçilərin mövcudluğu ilə xüsusilə fəxr edir - K4 29 köməkçi ilə təchiz edilib ki, onların arasında avtomatik toqquşmadan yayınma sistemi və maneələri ötüb keçmə funksiyası da var. Sedan standart olaraq səkkiz təhlükəsizlik yastığı ilə təchiz edilir.

ABŞ bazarında iki mühərrik təklif olunur. Ən maraqlısı isə, 1,6-litrlik dördsilindrli turbomühərrikinin gücü azaldılıb - əvvəlki modeldəki 204 at qüvvəsinə qarşı 193 at qüvvəsi. Baxmayaraq ki, fırlanma anı dəyişməz qalıb - 265 Nm. Mühərrik əvvəlki yeddi pilləli “preselektivin” əvəzinə ənənəvi səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Qənaət etmək istəyənlər üçün variator ilə tandemdə çalışan 2,0-litrlik atmosfer mühərriki (149 at qüvvəsi, 179 Nm) təklif olunur. Amerika üçün mexaniki transmissiya nəzərdə tutulmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əlavə ödəniş müqabilində “idman” GT-Line versiyası təklif olunur. Belə versiya xarici dekoru və 18-düymlük təkər diskləri ilə yanaşı, arxa çoxqollu asqısı ilə seçilir.  Eyni zamanda, Kia K4 GT-Line turbomühərrik və ya atmosfer mühərriki ilə təchiz edilə bilər, ona görə də belə versiyanın əsas cəhəti idarəetmə xüsusiyyəti olmalıdır.

Sedanın debütü ilə eyni vaxtda Kia K4 hetçbeki də bəyan edilib və bu, heç də eksklüziv deyil, çünki əvvəlki Cerato/Forte/K3 modelləri bəzi bazarlarda beşqapılı kuzovla təklif edilirdilər.  Artıq hetçbek ABŞ bazarı üçün də elan edilib, baxmayaraq ki, onun debüt tarixi “sonra” göstərilib. Yeni sedanların Şimali Amerikadakı satışlarına bu ilin ikinci yarısında başlanmalıdır. Hazırda burada satılan Forte sedanının qiyməti 19 990 dollardan başlayır. Bundan sonra K4 modelinin digər bazarlar üçün nəzərdə tutulmuş  versiyaları təqdim olunacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.