Kia şirkəti bayraqdar sedanı olan K900 modelinin yeni nəslinin tizerlərini dərc edib. Azərbaycan bazarında Kia Quoris adı ilə tanınan sedanın Gravity of Prestige adlandırılmış dizayn konsepsiyası, Nayanq (Cənubi Koreya) və İrvayndakı (ABŞ) studiyaların birgə səyi nəticəsində yaradılıbdır. Bayraqdar sedanın istehsalı markanın Cənubi Koreyadakı zavodunda yerləşdiriləcəkdir.
Avtomobilin maraqlı xüsusiyyətlərindən biri 176 brilyant formasında olan və enerjinin azad olması prossesini təmsil edən radiator barmaqlığıdır. K900 modelinin dizaynında sadə və təbii xətlərdən geniş istifadə edilibdir. Şirkət nümayəndələrinin fikrincə avtomobil belə daha sanballı və dəbdəbəli görünür.
Avtomobilin dünyəvi satışlarına 2018-ci ilin ikinci rübündə başlamalıdır. Nəsil dəyişikliyindən sonra, Kia K900/Quoris 3,3-litrlik V6 biturmo mühərrriki və tam çəkiş sistemi ilə təchiz ediləcəyi də ehtimal olunur. Bu mühərrikin Kia Stinger modelində quraşdırılan variantı 370 at qüvvəsi və 510 Nm hasil edir.