Hyundai və Kia şirkətləri paralel olaraq E-GMP modul platformasında inşa edilən tamölçülü elektrik krossoverlərini hazırlayırlar. Lakin iki markanın bu məsələyə baxışı fərqlidir: əgər Hyundai Seven təkərlər üzərində istirahət otağını nümayiş etdirirsə, Kia Concept EV9 konsepti brutal üsluba malik olan əsl ofrouderə bənzəyir.

Iri ölçülü Kia EV9 krossoveri perspektivli EV ailəsinin ikinci modeli olacaqdır: bu ailənin ilk üzvü olan EV6 modeli artıq bəzi bazarlarda satışa çıxarılıb, növbəti elektrokarlar üçün isə, Kia şirkəti EV1-dən EV9-a qədər indekslər sırasını qeydiyyatdan keçirib.

Gələcək EV9 modelinin əsas hədəfi amerikan bazarı olduğuna üçün, avtomobil müvafiq ölçülərə sahibdir: onun uzunluğu 4930 millimetr, eni - 2055 millimetr, hündürlüyü - 1790 millimetr, oxları arasındakı məsafə isə 3100 millimetrdir. Müqayisə üçün, hazırda flaqman krossoveri sayılan Kia Telluride modelinin təkər bazasının uzunluğu 2900 millimetr təşkil edir.

Kia EV9 konsept avtomobili 22-düymlük təkər disklərinə və bir sıra maraqlı xüsusiyyətlərə malikdir. Məsələn, fənərlərin özəkləri ön panelə quraşdırılıb və sönmüş vəziyyətdə özlərini heç nə ilə biruzə vermirlər. Kapotun arxa hissəsinə günəş batareyasə quraşdırılıb, yan güzgüləri kameralar əvəzləyib, baqaj reylinqləri dama “batırılıblar” və gərək olduqda üzə çıxırlar.

Üçcərgəli salon genişləndirilmiş transformasiya imkanlarına malikdir. Standart “hərəkət” konfiqurasiyası Active Mode adlanır, Pause Mode rejimində isə ikinci cərgənin oturacaqları nahar masasına çevrilir, ön oturacaqlar hərəkət istiqamətinin əksinə dönürlər. Nəhayət, Enjoy Mode rejimi açıq qapılarla təbiətin qoynunda dincəlmək üçün nəzərdə tutulub. Ön paneldə vahid 27-düymlük ekran var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki hissə haqqında məlumat Hyundai Seven modeli haqqında verilmiş məlumatla bənzərdir. Kia EV9 konsepti də 800-voltluq elektrik sistemini və 350 kilovatlıq yükləməni dəstəkləyən E-GMP modul platformasında  inşa edildiyi məlumdur. Batareyanın 10 faizdən 80 faizini doldurmağa 20 dəqiqə gərəkdir. Gözlənilən yürüş məsafəsi 480 kilometrdir.

Kia EV9 modelinin seriya variantı 2022-ci ildə işıq üzü görəcək və əksərən konsept avtomobilinə bənəzəyəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.