PV5 furqonu yeni Platform Beyond Vehicle (PBV) qlobal biznes strategiyası çərçivəsində debüt edən ilk Kia modeli olacaq. Elektrik furqonu ilk dəfə bir il əvvəl CES istehlak elektronikası sərgisində konsept statusunda debüt edib. Kia onun sərnişin və yük versiyalarının, eləcə də hərəkət qabiliyyəti məhdud olanlar da daxil olmaqla müxtəlif sayda sərnişinlər üçün nəzərdə tutulmuş modul tipli salonunun olacağını təsdiqləyib.

PV5 seriyaya eksteryer dizaynında minimal dəyişikliklərlə gəlib-çatıb - bunu Kia şirkətinin debüt öncəsi paylaşdığı rəsmi şəkillər göstərir. Elektromobil ziqzaq formasında LED gündüz hərəkət işıqlarına, kapotun bütün eni boyunca uzanan və mərkəzində markanın loqotipi olan qara rəngli panelə malikdir. Bu panelin altında düzbucaqlı lyuk var ki, onun da arxasında avtomobili şarj stansiyasına birləşdirmək üçün yuvalar yerləşir. Nəhayət, daha aşağıda, nazik kəsikləri olan barmaqlığı haşiyələndirən iri element var.

Həm sərnişin miniveni, həm də yük furqonu böyük ön şüşələndirmə sahəsinə malikdir, üstəlik, sərnişin versiyasında yap pəncərələr tündləşdiriliblər. Qapı tutacaqları adi formadadırlar, hər iki halda yan qapılar sürüşərək açılırlar. Arxada C formalı nazir fənərlər var, furqonun arxa qapıları taybatay açılır. Modelin interyeri nümayiş olunmayıb.

Güc qurğusu haqqında da məlumat verilməyib. Qeyri-rəsmi məlumatlara görə, PV5 bir və iki elektrik mühərriki ilə hərəkətə gələn iki modifikasiyaya sahib olacaq. Platformaya gəlincə, model Electric Complete Chassis Platform Module (e-CCPM) arxitekturasına əsaslanacaq.

PBV strategiyasına uyğun olaraq yaradılmış kommersiya elektromobillərinin istehsalı Cənubi Koreyadakı yeni Hyundai-Kia zavodunda təşkil ediləcək. Zavodun layihə gücü ildə 150 min avtomobildir və o, bir il ərzində fəaliyyətə başlamalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.