Kia şirkəti yeni nəsil Sportage modelini yayın ortalarında təqdim edib. Qeyd üetmək gəəkdir ki, bu krossover Asiya ölkələrində satılacaq uzun bazalı versiya idi. İndi isə növbə qısa təkər bazası olan Avropa versiyasına çatıb: Koreya istehsalçısı 1 sentyabr tarixində təqdim olunacaq yeni modelin dizayn eskizlərini dəc edərək. yeni krossoverə olan marağı artırmağa çalışır.

Dərc edilmiş eskizlərdən də göründüyü kimi, Avropada satılacaq Sportage modeli Asiya versiyasından fərqli olacaqdır - krossoverin arxa hissəsinin dizaynı əvvəlki nəsli xatırladır.

Zahiri fərqlər digər arxa dayaqlardan və beşinci qapıdakı şüşənin azaldılmış ölçülərindən ibarətdir ki, bu da Avropa versiyasına daha idman görünüşü verməlidir. Yeni krossoverin ölçülərinə gəldikdə isə, onlar əvvəlki Sportage modelindəki ilə eynidirlər - avtomobilin uzunluğu təxminən 4480 millimetr olmalıdır. Krossoverin opsional olaraq qara seçilən damı və matrisa fənərləri alacağı gözlənilir.

Yeni Sportage krossoveri Hyundai Tucson ilə eyni platformada inşa edilib. Krossoverin mühərrik çeşidinə o cümlədən 48 voltluq startyor-generatoru ilə təchiz edilən 1,6-litrlik benzin və dizel “turbodördlükləri” daxil olacağı gözlənilir - belə versiyalar Asiyada satılan krossoverin mühərrik çeşidinə daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnsayderlər məişət elektrik şəbəkəsinə qoşulan hibrid modifikasiyadan da bəhs ediblər. Hibrid qurğunun tərkibinə ümumilikdə təxminən 226 at qüvvəsi hasil edən 1,6-litrlik turbomühərrik və elektromotor daxil olacaqdır. Hibrid Sportage modeli 13,8 kilovat-saatlıq batareyaya malik olacaq və elektrik ötürməsi ilə təxminən 45 kilometr məsafə qət edə biləcəkdir.

Yeni modelin debütü payızın əvvəlinə planlaşdırılıb. Kia Sportage modelinin yeni nəsli bu ilin sonuna qədər Avropadakı dilerlərin salonlarında peyda olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.