Kia şirkəti yenilənmiş Rio modelini təqdim edib. Hetçbek koreya markasının ilk yumşaq hibridi olub. Yenilənmiş Rio hetçbeki iMT robot transmissiyasını, qabaqcıl UVO Connect multimediya kompleksini, həmçinin genişləndirilmiş elektron köməkçilər dəstini əldə edib. Yenilənmiş Kia Rio modelinin Avropadakı satışlarına bu ilin III rübündə start veriləcəkdir.
Yeni Kia Rio-dakı qlobal tendensiyanın əksinə olaraq nazik formalı radiator barmaqlığına sahib olub. Bundan əlavə,bamper və duman işıqlarının çərçivəsi dəyişdirilib. Hetçbek tamamilə yeni LED işıq texnikasını və iki yeni kuzov rəngini - boz Perennal Grey və mavi Sporty Blue çalarlarını əldə edib. Istehsalçı hetçbek üçün yeni dizayna malik olan 16-düymlük təkər diskləri də təklif edir.
Rio modelinin mühərrik çeşidi də yenidən nəzərdən keçirilib. Avtomobil EcoDynamics + qurğusu ilə təchiz edilir. Qurğunun tərkibinə 48-voltluq startyor-generator və Smartstream ailəsindən olan 1.0 T-GDi turbomühərriki daxildir. Hibrid əlavə sürətlənmə zamanı benzin mühərrikinə kömək edir, yüklənməni və zərərli tullantıların səviyyəsini azaldır. Eyni zamanda, startyor-generator start/stop sistemi kimi işləyir. Şirkətdən Rio EcoDynamics + modifikasiyasının yeni transmissiya - iMT “robotu” ilə təchiz ediləcəyini bildirib.
Hibrid güc qurğusu ilə birlikdə, yenilənmiş Kia Rio modeli 100 at qüvvəli 1.0 T-GDi mühərriki və 84 at qüvvəli 1,2-litrlik MPi atmosfer mühərriki ilə təklif ediləcəkdir. Turbomühərrik 6-pilləli mexaniki transmissiya və ya 7DCT «robotu" , atmosfer mühərriki isə yalnız 5-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.
Yenilənmiş Kia Rio hetçbekində Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən, 8,0-düymlük displeyi, naviqasiyası və onlayn xidmətlərə çıxışı olan yeni Phase II UVO Connect multimedia sistemi var. Ekranda hava proqnozu, tıxaclar, yanacaq və dayanacaq qiymətləri, habelə müxtəlif diqqətəlayiq yerlərin təsvirləri göstərilə bilər. Bundan əlavə, smartfon üçün firma tətbiqi dayanacaqda avtomobili tapmağa və ya əvvəlcədən müəyyən edilmiş marşrutu naviqasiya sisteminə yükləməyə imkan verir.
Nəhayət, Kia Rio hetçbeki daha təhlükəsiz olub. Avtomobilin təchizatına avtomobilləri, piyadaları və velosipedçiləri aşkar edərək öndən toqquşmaların qarşısını alan sistem, adaptiv kruiz-kontrol və hərəkət zolağına nəzarət funksiyası daxildir. Bundan başqa, Rio öndəki nəqliyyat vasitəsinin hərəkətə başladığını bildirən Leading Vehicle Departure Alert (LVDA) sistemini, avtomobilin arxasındakı köndələn hərəkəti izləyən Rear Cross-Traffic-Collision-Avoidance (RCCA) sistemini və ikinci cərgədəki sərnişin barədə xəbərdarlıq edən Rear Occupant Alert (ROA) sistemini əldə edib.
Yenilənmiş Kia Rio modelinin Avropadakı satışları bu ilin III rübündə başlanacaqdır. Qiymətlər və xüsusiyyətlər haqqında ətraflı məlumat daha sonra təqdim ediləcəkdir.