KİA şirkəti yeni səkkiz pilləli avtomatik sürətlər qutusu barədə ətraflı məlumat yaymışdır. Xüsusi olaraq öndən çəkişli avtomobillər üçün yaradılmaış yeni qutu Cadenza modelinin ikinci nəslində debüt etmişdir. 2012-ci ildə yaradılmasına start verilən sürətlər qutusu üçün 143 patent qeydiyyata alınmışdır.
Yeni transmissiya əvəz etdikləri altı diapazonlu avtomatik sürətlər qutusunu əvəz emişdir və sələfinə nisbətən 3,5 kiloqram daha yüngüldür. Bununla belə, yeni “avtomat” daha qənaətcildir, eyni zamanda səs-küy və titrəmələrin aşağı səviyyəsinə malikdir. Koreyalı mütəxəssislərin sözlərinə görə, yeni qutu üçün “bu səviyyəli qutularda tətbiq edilən ən yığcam nasos” işlənib-hazırlanmışdır.
Bundan əlavə, koreyalılar “sadələşdirilmiş” qapaqcıq blokunu da tətbiq etmişdirlər ki, bu qapaqcıqların sayə 20-dən 12-yə endirilmişdir. Bunun sayəsində pillələr arasında ötürmələrin sürəti artmışdır. Yeni sürətlər qutusu 290 at qüvvəli 3,3-litrlik V6 mühərriki ilə təchiz edilmiş ikinci nəsil Cadenza modelinə quraşdırılır. Sonradan bu qutu KİA şirkətinin istehsal etdiyi orta və tam ölçülü öndən çəkişli modellərdə də quraşdırılacaqdır.