Kia şirkəti avqust ayında Seltos krossoverinin elektrik versiyasının kütləvi istehsalına başlayacaqdır. Elektromobil Çində və yalnız yerli bazar üçün istehsal ediləcəkdir.
IndianAutosBlog portalının verdiyi məlumata görə, Seltos elektrokarı 136 at qüvvəli elektrik mühərrikini və 39,2 kilovat-saatlıq dartma batareyasını özündə birləşdirən Hyundai Kona Electric modelinin baza güc qurğusu ilə təchiz ediləcəkdir. Elektrik krossoverinin yürüş ehtiyatı 300 kilometrdir.
Eyni zamanda, Hyundai Kona elektrokarı 204 at qüvvəli elektrik mühərriki və 64 kilovat-saatlıq batareya ilə təchiz edilmiş modifikasiyanı əldə edilə bilər. Belə güc qurğusu, elektromobilə dolu batareya ilə təxminən 470 kilometr məsafə qət etməyə və sıfırdan ilk "yüzlüyə" 7,6 saniyəyə sürətlənməyə imkan verəcəkdir.
Kia Seltos elektrokarının istehsalına avqust ayının sonuna qədər start veriləcəkdir. Hər il yalnız yerli bazar üçün nəzərdə tutulan on min elektrik avtomobilinin buraxılması planlaşdırılır.