Fransanın L’Automobile Magazine dərgisi Kia Ceed modelinin yolsuzluq üçün hazırlanmış Xceed versiyasının olduğu ehtimal edilən eskizi dərc edib. Bununla belə, koreya istehsalçısı bu şəkilə heç bir reaksiya verməyib.
Eskizdə hava çıxışları olan arxa bamperə sahib olan hetçbek təsvir olunub. Eyni elementlər yeni nəsil Kia Ceed modelində də nümayiş etdirilib. Şəkildəki avtomobilin subkompakt Kia Stonic modeli ilə də bənzərliyi mövcuddur.
İlkin məlumata görə, Kia Xceed konsepti Cenevrə avtosalonunda debüt edəcəkdir.Əvvəllər, yeni modelin təqdimatının sentyabr ayına keçirildiyi barədə də məlumat peyda olmuşdu.