Kia rəsmi olaraq Hindistan bazarına dördüncü modeli daxil edib. Bu, qurğu və aqreqatları Seltos krossoveri ilə bölüşən yeddiyerli Kia Carens krossvenidir. Model xüsusi olaraq Hindistan bazarı üçün hazırlanıb: o donorunu ölçülərinə görə üstələyir, özünəməxsus dizayna malikdir, 10,25-düymlük ekranları olan cihazlar paneli və multimedia sistemi də daxil olmaqla, zəngin avadanlıq dəstini (top vesiyalar üçün) təklif edir.
Krossvenin eksteryer dizaynını çoxsaylı tizerlərdə göstəriblər. Gözlənildiyi kimi, krossven Y-şəkilli gündüz hərəkət işıqlarına, nazik zolaqla birləşririlmiş ön fənərlərə, damdakı reylinqlərə, habelə plastikdən müdafiə qurşağını əldə edib.
Seltos ilə müqayisədə Carens daha uzun arxa kuzov çıxışına və hündür dam xəttinə malikdir. Krossven donor Seltos modelindən 170 millimetr uzundur. Onun təkər bazası da krossoverdə olduğundan 150 millimetr çoxdur və 2780 millimet təşkil edir. Modelin klirensi krossoverlərdəki kimidir - 195 millimetr.
Kia Carens standart olaraq üç oturacaq cərgəsi ilə təklif edilir. Bununla belə, iki oturacaq formulundan birini seçmək oar - 2+3+2 və ya 2+2+2. Sonuncu halda ikinci cərgədə bütöv divanın yeinə iki fərdi kreslo quraşdırılır.
Əlavə ödəniş qarşılığında ikinci cərgədəki qatlanan masaları və havanın filtrasiyası funksiyasına malik olan arxadakı klimat-kontrolun pultunu sifariş etmək mümkündür. Standart avadanlıqların siyahısına altı təhlükəsizlik yastığı və multimedia sisteminin səkkiz düymlük displeyi daxildir. Opsional olaraq, oturacaqların havalandırması, 64 rəngli ətraf işıqlandırması və Bose səs sistemi əlçatandır.
Carens modelinin mühərrik çeşidi Seltos modelindəki kimidir. Çeşidə 115 at qüvvəli 1,5-litrlik benzin mühərriki, 140 at qüvvəli 1,4-litrlik turbomühərrik, habelə 115 at qüvvəli 1,5-litrlik turbodizel daxildir. Bütün mühərriklər 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilirlər.
Turbomühərrik üçün mufta ilə pedal arasında mexaniki əlaqəsi olmayan iMT transmissiyasını da sifariş etmək olar. Atmosfer mühərriki variator, benzin turbomühərriki isə 7-pilləli preselektiv “robot” ilə tandemdə çalışır. Dizel üçün klassik 6-pilləli “avtomat” nəzərdə tutulub. Ötürmə - yalnız ön oxadır.
Kia şirkəti Hindistan bazarını fəth etməyə iki il bundan öncə başlayıb, lakin şirkətin illik satışları 200 minə çatır: 2021-ci ilin 11 ayı əzində isə yerli dilerlər 174 min avtomobil satıblar. Kia Hindistanda Carens ilə yanaşı üç modellə təmsil olunur - Seltos, Carnival və Sonet.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.