Kia şirkəti Çinin Çenqdu şəhərində keçirilən avtomobil sərgisində EV5 elektrik krossoverini nümayiş etdirib. Bu elektromobil konsept şəklində yazda nümayiş etdirilmişdi və artıq onun seriya versiyası hazırdır.
Kia EV5 seriya modeli demək olar ki, ön optikanın mürəkkəb konturları, iri burun və 19-düymlük təkər disklərinin oxşar naxışı da daxil olmaqla konseptin bütün dizayn xüsusiyyətlərini qoruyub saxlayıb. Krossover tamölçülü Kia EV9 modeli ilə eyni Opposites United korporativ dizayn üslubunda görünüşə malikdir: elektromobillər ailəsinin dizaynı üzərində Kərim Həbibin rəhbərlik etdiyi dizayner komandası işləyib.
EV5 krossoverini ölçülərinə görə, uzun təkər bazasına malik olan Kia Sportage krossoveri ilə müqayisə etmək mümkündür. EV5 modelinin uzunluğu 4615 millimetr, eni - 1875 millimetr, hündürlüyü isə 1715 millimetrdir. Təkər bazasıının ölçüsü 2750 millimetrə bərabərdir. Xatırladaq ki, Sportage krossoverində bu göstərici 2755 millimetrdir.
Lakin elektromobilin əsasında tamamilə fərqli bir platforma - 800 voltluq elektrik sistemi olan E-GMP arabacığı dayanır. Bu arxitektura öndə McPherson dayaqlarını, arxada isə çoxqollu asqını ehtiva edir.
Hələikm yalnız elektrokarın baza versiyası nümayiş etdirilib, lakin onun xüsusiyyətləri də qismən açıqlanıb. Belə krossoverdə 218 at qüvvəsi və 310 Nm hasil edən yeganə elektrik mühərriki və 700 kilometrlik yürüş ehtiyatını təmin edən litium-dəmir-fosfat dartma batareyası var. Ötürmə - arxa oxadır. Sonradan başqa versiyaların da olacağı vəd edilib.
Elektrik arxitekturası sərnişinlər və baqaj üçün əlavə yer qazanmağa imkan verib. Məsələn, Kia EV5 krossoverin ikinci cərgədə düz döşəməyə malikdir, arxa divanın kürək hissəsi baqajın döşəməsi ilə eyni səviyyəyə enir, həmçinin döşəmənin altında iki dərin bölmə də mövcuddur. Ön sərnişin oturacağının yastığı mərkəzi tunelin korpusu ilə birləşib, lakin bu, sadəcə bir dekordan ibarətdir: burada sərnişinin əyləşməsi qeyri-mümkündür.
Kia dizaynerləri salonun dizaynına gözlənilməz elementlər də əlavə ediblər. Məsələn, günəşliksiz paneldə, artıq ənənəvi hala gəlmiş iki 12,3-düymlük ekranın arasına 5,0-düymlük sensorlu panel quraşdırılıb. Bu, ikizonalı iqlimə nəzarət sisteminin idarəetmə panelidir.
Bununla belə, sistemin əsas funksiyalarına havalandırma sisteminin mərkəzi deflektorlarının altındakı fiziki düymələr cavabdehdir. Transmissiya sükan sütunundakı selektor tərəfindən idarə olunur. Daxili kontur işıqlandırması təkcə 64 rəngi variantına deyil, həm də 10 parlaqlıq səviyyəsinə malikdir.
Kia EV5 elektrik krossoveri Çində istehsal olunacaq. Onun Səma İmperisyasındakı satışlarına noyabr ayında başlamaq planlaşdırılır. Ən maraqlısı isə, elektrokrossoverin qiymət diapazonu artıq açıqlanıb: 22 - 32 min dollar arasında.
Elektrik avtomobillərinin digər bazarlara ixracı da nəzərdə tutulub: Kia ilk dəfədir ki, Çin istehsalı olan avtomobilləri digər ölkələrə tədarük edəcək.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.