Bu gün Kia şirkəti GT adlı yeni modelin üçüncü tizerini yaymışdır. Bu tizerdə yeni avtomobilin müəyyən elementləri açıqlanmışdır. Eyni zamanda, Kia GT modelinin rəsmi təqdimat tarixi də bildirilmişdir – 8 yanvar 2017-ci il. Cənubi Koreyada K8 adı ilə satılacaq avtomobilin kütləvi nümayişi Detroyt avtosalonunda keçiriləcəkdir.
Bir müddət bundan əvvəl Kia şirkəti yeni avtomobilin 100 km/saat sürətini 5,1 saniyəyə topladığını və 244 km/saat maksimal sürətə malik olduğu barədə ikinci tizeri yaymışdır. Yeni sedan beş il bundan öncə Frankfurt avtosalonunda nümayiş etdirilmiş Kia GT konseptinin üslubunda hazırlanmışdır. O vaxtdan dəfələrlə belə bir avtomobilin buraxılacağı haqqında şaiyələr dolaşsa da, sedan yeni modellərin istehsal planına 2014-cü ildə daxil edilmişdir.
Gözləndiyi kimi, avtomobilin seriya variant konseptdə olan futurustik görünüşdən məhrum edilmişdir.
Bununla belə, prototip konseptlə fənərlərinin dizaynı, baş işıq texnikasının ümumi formaları, həmçinin bamperin aşağı hissəsindəki və ön qanadlardakı hava girişlərinin tərtibatı ilə bənzərlik daşıyır. Kupeşəkilli sedanın kamuflyaja bürünmüş prototipinin ilk görüntüləri bu ilin may ayında cəsuslar çəkilmişdir.
Ehtimallara görə, yeni avtomobil Genesis subbrendi üçün istifadə edilən şassidə yığılacaqdır. Sedanın mühərrik çeşidinə 3,3-litrlik V6 mühərriki və səkkiz silindrli 5,0-litrlik mühərrik daxil ediləcəkdir. Avropa bazarı üçün nəzərdə tutulmuş avtomobil dizel və hybrid güc aqreqatı ilə də təchiz edilə bilər.